Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1212/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsil müəssisəsində müəllim vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə dərslər dayandırılmış, xx xxxx 2020-ci il tarixdə tam onlayn platformaya keçdikdən sonra xx xxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə Xaçmaz rayonunda yerləşən evlərinə getmiş və dərslərini oradan keçməyə davam etmişdir. Neçə vaxt orada qalmış və Bakı şəhərinə qayıtmaq kimi bir niyyəti olmamışdır. Lakin həmin günlər (25-30 iyun tarixləri) onurğa sütununda illərdir əziyyət çəkərək müalicə etməkdə olduğu boyun nahiyəsində olan fəqərə yırtığı xəstəliyi kəskinləşərək dözülməz hala çatdığından Bakı şəhərində onu müalicə edən həkimi ilə əlaqə saxlamış və həkim ona tibbi müayinə edilməyin zəruri olduğunu bildirmişdir. O, qanunları pozmamaq məqsədi ilə 28 iyun tarixdə 102 xidmətinə və ******* qaynar xəttiə zəng edərək Bakı şəhərinə hansı hallarda gedə biləcəyini soruşmuş, cavab olaraq ona yalnız portalda icazə ilə və ya zəruri tibbi ehtiyac yarandıqda postu keçməyə icazənin olduğu, tibbi ehtiyac olduğu təqdirdə bunu təsdiq edən sənədin olması bildirilmişdir. Həmin günlər vəziyyəti çox kəskinləşdiyindən qaynar xətt tərəfindən deyilən tibbi ehtiyac sözünü əsas tutaraq xəstəliyin olduğunu təsdiq edən tibbi sənədi və şəxsiyyət vəsiqəsini götürərək Bakı şəhərinə gəlməyi qərara almış, xx xxxx 2020-ci il tarixdə Bakı şəhərinə girişdə qurulmuş postda polis əməkdaşı tərəfindən yaşayış yerini və olduğu yeri tək etməsinə dair icazənin olub-olmamasının aydınlaşdırılması məqsədi ilə saxlanılmış və saxlanılan zamanı onun yaşayış yerini və olduğu yeri tək etməsinə dair icazənin olmadığı müəyyən olunmuşdur. Bakı şəhərində qeydiyyatda olması və tibbi sənədləri nəzərə alınmadan onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında da o, 100 manat cərimə edilmişdir. Cərimənin haqsız yerə tətbiq edildiyini düşünərək xx xxxx 2020-ci il tarixdə DİN-nə onlayn formada şikayət ərizəsi yazmış, bu şikayətinə rədd cavab verilmişdir. Göstərilənlərə əsasən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2020-ci il tarixdə saat 06:56-da Bakı-Quba yolunun 56-cı km-də hərəkət olarkən epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarının pozulması əsas gətirilməklə İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 X2 ünvanladığı xx.xx.2020-ci il tarixli, 016-36360A-4220 nömrəli cavab məktubunda məktubundan görünür ki, səlahiyyətli orqan tərəfindən şikayətçinin müraciətinə baxılmış və cavab olaraq, onun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq edilmiş karantin rejimində sanitariya-gigyena və karantin qaydalarını pozduğuna görə barisində İXM-nin 211.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 25- ci maddəsinə əsasən İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir; İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır; İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarın 1.2-ci bəndində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyyəti qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə saat 06:56-da Bakı-Quba yolunun 56-cı km-də polis əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə əməl olunub-olunmaması məqsədi ilə saxlanılmış, şikayətçinin qeyd olunan tələblərə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozduğu qeyd olunmaqla inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin prtokol əsasında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçi 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Şikayətçi, 28 iyun tarixdə 102 xidmətinə və ******* qaynar xəttə zəng edərək Bakı şəhərinə hansı hallarda gedə biləcəyini soruşduğunu, cavab olaraq ona yalnız portalda icazə ilə və ya zəruri tibbi ehtiyac yarandıqda postu keçməyə icazənin olduğu, tibbi ehtiyac olduğu təqdirdə bunu təsdiq edən sənədin olmasının bildirildiyini, Bakı şəhərində qeydiyyatda olması və tibbi sənədləri nəzərə alınmadan onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini və bunun əsasında da 100 manat cərimə edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qərarlara əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyyəti qüvvəsində saxlanılmış, yalnız yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəkləri nəzərdə tutulmuşdur. Şəxsin Bakı şəhərində qeydiyyatda olması və tibbi sənədlərin olması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış üçün məhdudiyyəti aradan qaldırmamışdır. Həmçinin, şikayətçinin müvafiq tibb müəsissəsi tərəfindən verilmiş xüsusi ağır xəstəliyi ilə bağlı müvafiq göndərişi olmamışdır. Beləliklə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 İ tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1212/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1212/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver