Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1223/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 fevral 2024-cü il tarixli qərar və həmin qərara əsasən qəbul edilən 08 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2024-cü il tarixdə, saat 22:00-da ünvan ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol vərəqəsi əsasında idarə etdiyi KİA Forte markalı 77LF936 dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə X2 idarə etdiyi Mercedes Benz markalı 10SU375 dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 04 fevral 2024-cü il tarixdə, saat 22:00 radələrində idarə etdiyi KİA Forte markalı, 77LF936 dövlət qeydiyyat nişanlı avtomobil ilə C.Həsənov küçəsində hərəkətini davam etdirib Gəncə Prospektinə daxil olub. Həmin vaxt avtomobildə ön sağ oturacaqda qohumu Rahib əyləşib. Gəncə prospektində hərəkətini davam etdirib Ukranya dairəsi istiqamətinə gedirdi. Yolun sol zolağı ilə hərəkətini davam etdirən zaman ön tərəfdə Mercedes markalı avtomobil aşağı sürətdə hərəkətdə olduğundan həmin avtomobilin sağ tərəfindən ötmək üçün sağ tərəfə doğru keçib həmin avtomobili ötən zaman Mercedes markalı avtomobil bir anda sağ tərəfə doğru manevr edib idarə etdiyi avtomobilin önünə keçib. Bu zaman avtomobilin ön tərəfi ilə Mercedes markalı avtomobilin sağ arxa işıq cihazından vurub, zərbənin təsirindən Mercedes markalı avtomobil sürüşüb yolun sağ kənarında yerləşən səkiyə dəyib dayanıb. O dərhal avtomobili əyləcə basaraq saxlayıb. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi vasitəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin Baş Təhqiqatçısı, polis mayoru X1 qərarından görünür ki, Şəxs əməlində cinayət tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. 12 fevral 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 141 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X3 boyunun hərəkət məhdudluğu ilə müşaiyət olunmuş şişkinlik-rigidlik halında əziyi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur. Xətai RPİ-nin DYPŞ-nin 08 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2024-cü il tarixdə, saat 22:00 radələrində idarə etdiyi KİA Forte markalı, 77LF936 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1223/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1223/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver