Məhkəmə qərarları › İş №3(011)-1233/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1233/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1233/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 27 yanvar 2023-cü il tarixli, 00100-00277/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi ünvanına Çin Xalq Respublikasından daxil olmuş qabığı soyulmuş düyü və mineral gübrə yükləri xx.xx.2022-ci il tarixli **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerleşdirilmiş malların diger gömrük prosedurunda rəsmiləşdirilməsi «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi tərəfindən təmin edilməmişdir. Nəticədə hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, 00100-00277/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Liman” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli, 34/020/006641 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi ünvanına Çin Xalq Respublikasından daxil olmuş qabığı soyulmuş düyü və mineral gübrə yükləri xx.xx.2022-ci il tarixli **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerleşdirilmiş malların diger gömrük prosedurunda rəsmiləşdirilməsi «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi tərəfindən təmin edilməmişdir. Nəticədə hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 11 yanvar 2023-cü il tarixli raportdan görünür ki, «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi tərəfindən **********9572 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixindən bitmiş, lakin «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilən «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi barəsində 00100-00277/23 saylı inzibati xəta haqqında iş üzrə İXM-nin 61, 64-cü maddələrinə əsasən «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yinin maliyyə diektoru xx.xx.1990-cı il təvəllüdlü X4 müəssisənin xx.xx.2023-cü il tarixli etibarnamə əsasında nümayəndəsi kimi sorğu-sual edilmiş və həmin aparılan sorğu-sual zamanı o, hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf edərək bildirmişdir ki, yüklərin idxalına icazə alınması üçün AR Kənd Təsərrüfatı Nazirliyinə şirkət tərəfindən müraciət olunmuş, lakin həmin icazə sənədi şirkətə gec göndərilmişdir. Bu səbəbdən də həmin malların xx.xx.2022-ci il tarixədək sərbəst dövriyyə üçün buraxılış gömrük prosderunda rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış qabığı soyulmuş düyü və mineral gübrə yüklərini heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «Xinjiang Xı̇ shengnong İ̇mport and X6., Ltd» Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar