Məhkəmə qərarları › İş №3(011)-1237/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1237/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1237/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, «xxxxxxxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «xxxxxxxxxxxxxxx» MMC xx xxx 2020-ci il tarixdə alınmış sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünə kimi təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin «xxxxxxxxxxxxxxx» MMC rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, «xxxxxxxxxxxxxxx» MMC balansında olan «Skaz Rapid» minik markalı, **-PC-*** dövlət qeyddiyat nişanlı nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə məlumat verilməsi ilə bağlı olan sorğu icra olunması üçün həmin MMC-nin ünvanına göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xəbərnamənin üzərindəki imzadan görünür ki, həmin sorğu Kərimova tərəfindən qəbul edilmiş, lakin həmin şəxsin «xxxxxxxxxxxxxxx» MMC-nin əməkdaşı olmasına dair heç bir məlumat göstərilməmiş; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələbləri rəhbər tutaraq qeyd edir ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İXM-in 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrinin izah edildiyi göstərilsə də, həmin şəxs barəsində hər hansı məlumat qeyd edilməmiş, bununla da protokolu tərtib edilmiş şəxs tərəfindən kimə hüquq və vəzifələr izah edildiyi öz əksini tapmamışdır. Bundan başqa təqdim edilmiş inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə, təqdim edilmiş sənədlərə əsasən «xxxxxxxxxxxxxxx» MMC mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xətaya yol vermiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə göndərilmiş sorğunun surəti əlavə edilsə də, həmin sorğu Kərimova tərəfindən qəbul edilmiş, lakin həmin şəxsin «xxxxxxxxxxxxxxx» MMC-nin əməkdaşı olmasına dair heç bir sübut əlavə edilməmiş, əlavə edilən imzalanmış sorğu isə kim tərəfindən alınması aydın olmamasıyla yanaşı səlahiyyətli orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozulmuşdur. Başqa sözlə desək inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxxxxxxxxxxxxx» MMC törədilməsi ehtimal edilən inzibati xətaya aidiyyətinin olmasını təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə «xxxxxxxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «xxxxxxxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar