Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1239/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 və onun müdafiəçisi Vəkil siştirakı ilə, X4 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PBnin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs qismində X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərar qanunsuz ona görə ki, inzibati işə aidiyyət məsələsi pozulmaqla baxılmış, əsassız ona görə ki, əməldə inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də inzibati tənbeh tədbiri tətbiq etmə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı şəhəri Xətai RPİ-nin 36cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmək səlahiyyəti olmamışdır. Belə ki, inzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən həmin maddənin göstərilən bəndi üzrə müvafiq yekun qərar qəbul etmək səlahiyyət yalnız məhkəmələrə verilmişdir və bu yuxarıda göstərilən analogiya üzrə tətbiqi qadağan edilmiş qanunun imperativ normasında açıq şəkildə öz əksini tapmışdır. Bundan başqa X4 vəzifəli şəxs olub-olmaması səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibatitəsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Beləliklə vəzifəli şəxs statusunu yalnız hüquqi şəxsin təsis sənədləri ilə təsdiq edilmiş səlahiyyətli şəxslər və qanunvericiliklə nəzərdə tutulmuş qaydada etibarnamə ilə ona verilmiş xüsusi səlahiyyətli əsasında həyata keçirən şəxslərdir. Vəzifəli şəxs barəsində anlayış inzibati xətalar haqqında qanunvericilikdə açıq şəkildə göstərilmişdir. X4 cəmiyyətdə təşkilati-sərəncamverici və ya inzibatı-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxs deyil. Belə ki, o, hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs deyil. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 və onun müdafiəçisi Vəkil şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və onun müdafiəçisinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin s/i, polis kapitanı Samir Ağayev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 yolunda yerləşən Araz marketdə maskasız və əlcəksiz işləyərək karantin rejimi qaydalarını pozması əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİnin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixində Zığ yolunda yerləşən Araz marketdə maskasız və əlcəksiz işləyərək karantin rejimi qaydalarını pozması əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən işə baxılmış, lakin X4 vəzifəli şəxs olubolmaması səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən araşdırılmamışdır. Həmçinin, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmişdir. Belə ki, X4 maskasız və əlcəksiz işləyərək karantin rejimi qaydalarını pozması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin deyil, 211.2-ci maddəsinin tərkib əlamətlərinə uyğundur. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.4-cü maddəsində göstərilir ki, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsinə göndərilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və və iş yenidən baxılmaq üçün Bakı şəhər Xətai RPİnin 36-cı Polis Bölməsinə qaytarılsın. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1239/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1239/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver