Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1240/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X2 və Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına 53AAG959/53K5454 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə daxil olmuş yüklər **********4770 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin həmin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada gömrük orqanına verilməmişdir. Buna görə də Şəxs MMC barəsində 26 yanvar 2023-cü il tarixli 00100-00269/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixli, 00100-1750/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və MMC ünvanına Türkiyə Respublikasından 53AAG59/53K5454 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4731 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verilməmiş, buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 53AAG59/53K5454 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər üçün yenidən Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni xəta üzrə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırki protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMCnin ünvanına 53AAG959/53K5454 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə daxil olmuş yüklər **********4770 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin həmin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada gömrük orqanına verilməmişdir. Mallar eyni nəqliyyat vasitəsi ilə gətirilsə də, hər bir mal üçün ayrılıqda qısa idxal bəyannaməsi elektron formada verilməlidir. Buna görə də MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC–nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixli, 00100-1750/22 saylı inzibati xəta haqqında protokol əsasən Şəxs MMC ünvanına Türkiyə Respublikasından 53AAG59/53K5454 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4731 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verilməmişdir. Həmin protokol üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 26 yanvar 2023-cü il tarixli 00100-00269/23 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına 53AAG959/53K5454 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə daxil olmuş yüklər **********4770 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin həmin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada gömrük orqanına verilməmişdir. Göründüyü kimi hər iki protokoldan məlum olur ki, mallar eyni 53AAG59/53K5454 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində daxil olmuşdur. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən hər bir mal üçün ayrıca protokol tərtib edilmiş və baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1. maddəsinə əsasən Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Baxılan işdən məlum olur ki, mallar Şəxs MMC-nin ünvanına 53AAG959/53K5454 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə daxil olmuşdur və Şəxs MMC-ə malların həmin tarixdə həmin nəqliyyat vasitəsi ilə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi vermədiyinə görə artıq 1500 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-ə qısa idxal bəyannaməsi vermədən malları Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2022-ci il tarixdə saat 04:28 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək gətirməklə vahid inzibati xəta tərətmiş və artıq 1500 manat cərimə olunmuşdur. Eyni maşınla, eyni vaxtda, eyni hüquqi şəxsə gələn mallara görə, malları çeşidlərə bölməklə hüquqi şəxsi bir əmələ görə dəfələrlə inzibati xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilməsini Qanunun aşağıdakı müddəalarına görə əsassız hesab edir. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin Məcəllənin aşağıda sadalanan digər müddəaları da nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsindən fərqli olaraq 34.2-ci maddəsi qanunverici tərəfindən başqa dispozisiyada verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (34.3 və 34.4-cü maddələr) ümumi norma kimi çıxış edir. Belə ki, Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Halbuki İXM-nin 34.2-ci maddəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən həmin inzibati xətalara baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, həmin işlərə eyni vaxtda baxılmalı idi. Həmin xətalara ayrılıqda baxılması şəxsin vəziyyətinin ağırlaşmasına və hər bir xətaya görə ayrı inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə nəticələcəkdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hüquqi şəxs Şəxs MMC-nin yenidən inzibati məsuliyyətə cəlb ediləcəyi halda bu, inzibati tənbehin məqsədlərinə uyğun olmayaraq əksinə onun iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-e aid eyni fakt üzrə 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı olduğundan barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində eyni fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1240/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1240/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver