Məhkəmə qərarları › İş №3(011)-1241/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1241/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1241/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********8741 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq yüklərin məhv edilməsi üçün xx.xx.2023-cü il tarixdə **********1552 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. Təqdim olunan mallara baxış zamanı malları eyniləşdirməyin mümkün olmaması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə **********1552 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların **********8741 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallarla eyniləşdirilməsinin mümkün olmaması mallardan istifadəni özündə ehtiva edir, yəni Şəxs MMC tərəfindən İFSEKS********** nömrəli, xx.xx.2021-ci il tarixli invoys sənədinə əsasən 85950 ABŞ dolları yəni 146115.00 (yüz qırx altı min yüz on beş) manat təşkil edən gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılmış, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onların üzərində sərəncam verilmişdir. Həmçinin, xaricdə emal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********8741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 19100 kq-1075 qutu “Cheddar” nişanlı (46.4%) yetişməmiş pendir yüklərinin xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, törətmiş inzibati xətanı davam etdirmiş və ya uzatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMCyə məlumat verilməsinə baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin və MİLK-PRO” MMCnin səahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan Sultan Qurbanov, Etibar Muradov, Rəşad Qasımlı, Rəşad İmanquliyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs MMCnin **********1552 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “X1” (“Cheddar nişanlı 1075 qutu-19100 kq 46.4%) məhv etməyə təqdim edilmişdir. Baxış zamanı adı çəkilən mallarla faktiki görülən malları eyniləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Şəxs MMC-nin icraçı direktoru B.M.Ramazanov tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, “X1” şirkəti tərəfindən 19100 kq miqdarında göndərilmiş yetişməmiş yarım bərk pendir yükünün emal prosedurunun şərtlərinə əsasən xx.xx.2022-ci il tarixinədək ölkədən çıxışına zəmanət verilmiş, əks təqdirdə rüsumun ödənilməsinin təmin olunacağı barədə bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xaricdə emal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq, **********8741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 19100 kq-1075 qutu “Cheddar” nişanlı (46.4%) yetişməmiş pendir yüklərinin xaricdə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, törədilmiş inzibati xəta davam etdirilmiş və ya uzadılmışdır. Bildirilmişdir ki, **********8741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 19100 kq-1075 qutu “Cheddar” nişanlı (46.4%) yetişməmiş pendir yükünün ümumi dəyəri İFSEKS********** nömrəli, xx.xx.2021-ci il tarixli invoys sənədinə əsasən 85950 ABŞ dolları yəni 146115.00 (bir yüz qırx altı min yüz on beş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 146115.00 manatın qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 146115.00 manatın otuz faizi miqdarında, 43834.50 (qırx üç min səkkiz yüz otuz dörd manat əlli qəpik) məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar