Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1245/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 01 mart 2023-cü il tarixli, 00100-00447/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan daxil olmuş 34/024/003600 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan "X7" MMC-nin (VÖEN **********) ünvanına İran İslam Respublikasında yerləşən "Savri Tejarat-e Asia" şirkətindən 44B12110/44812210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə daşınan, xx.xx.2023-cü il tarixli 1401/531 saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara Maştağa qəsəbəsində yerləşən "X7" MMC-ə məxsus anbarda "X7" MMC-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük əməkdaşı tərəfindən yoxlama hayata keçirilmişdir. Yoxlama zamanı, xx.xx.2023-cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilməmiş yer sayı 10, brutto çəkisi 89.25 kq, 119 ədəd plastmassadan hazırlanmış qablarda meyvə cemi (hər qabın çəkisi 0.75 kq olmaqla) aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/007- 24/001589 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/1160 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş brutto çəkisi 89.25 kq. 119 ədəd plastmassadan hazırlanmış qablarda meyvə cemi yükünün ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 773.5 (yeddi yüz yüz yetmiş üç manat, əlli qəpik) AZN müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və barəsində protokol tərtib olunmuş orqanın nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində protokol tərtib olunmuş orqanın nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs adına 44B12110/44B12210 nömrə nişanlı avtomaşında 1401/531 saylı xx.xx.2023-cü il tarixli invoys daxil olan və **********7285 saylı gömrük bəyannaməsi ilə rəsmiləşən yükə gömrük yoxlanması keçirilən zaman gömrük bəyannaməsində bəyan edilməyən yer sayı 10, 119 ədəd qablaşma, ümumi çəkisi 89.250 kq olan meyvə cemi aşkar edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqtçısı, gömrük xidməti kapitanı X5 tərəfindən tərtib edilmiş İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 mart 2023-cü il tarixli, 00100-00447/23 nömrəli protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 44B12110/44812210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə daşınan, xx.xx.2023-cü il tarixli 1401/531 saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara Maştağa qəsəbəsində yerləşən "X7" MMC-ə məxsus anbarda "X7" MMC-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük əməkdaşı tərəfindən yoxlama hayata keçirilmişdir. Yoxlama zamanı, xx.xx.2023-cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilməmiş yer sayı 10, brutto çəkisi 89.25 kq, 119 ədəd plastmassadan hazırlanmış qablarda meyvə cemi (hər qabın çəkisi 0.75 kq olmaqla) aşkar edilmişdir. Şəxs etibarnamə üzrə nümayəndəsi X1 inzibati xəta haqqında protokolda olan izahatından görünür ki, İran İslam Respublikasının "Savri Tejarat-e Asia" şirkəti Təbriz şəhərində yerləşir. Onlardan bir neçə dəfə mal almışlar. Sonuncu dəfə onlardan alacaqları malı "X7" MMC-nin rəhbəri X2 özü sifariş etmişdir. Şamo müəllim Təbriz şəhərində olduğu zaman "Savri Tejarat-e Asia" şirkətinə getmiş, 21800 kq xurma yükü sifariş vermişdir. Orada olarkən "Savri Tejarat-e Asia" şirkətinin əməkdaşı müxtəlif növ meyva cemlərinin olduğunu bildirmiş və 1 ədəd nümunə kimi göndərəcəyini demişdir. Şamo müəllim də bununla razılaşmışdır. Mallar ünvanlarına çatan zaman gömrük yoxlaması zamanı xx.xx.2023-cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilməyən 10 yer, 119 ǝded plassmas qabda olan, ümumi çəkisi 89.25 kq olan meyvə cemləri aşkar edildikdən sonra göndərən şirkətlə əlaqə saxlayıblar və məlum olub ki, "Savri Tejarat-e Asia" şirkəti bizə xəbər vermədən həmin cem məhsullarını ünvanımıza göndərmişdir. Aşkar edilən cem məhsulları tərəflərindən sifariş edilməmişdir və bu qədər göndəriləcəyindən xəbərləri olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, onların satışında cem məhsulları olmur. Sadəcə olaraq 1 ədəd nümunə göndəriləcəkdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1160 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş brutto çəkisi 89.25 kq. 119 ədəd plastmassadan hazırlanmış qablarda meyvə cemi yükünün ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 773.5 (yeddi yüz yüz yetmiş üç manat, əlli qəpik) AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 479-cu madəsinin qeyd hissəsinə əsasən, İXM-nin 479 - 481, 482.1, 482.2 və 482-1ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs adına xx.xx.2022-ci il tarixdə 44B12110/44812210 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və xx.xx.2023cü il tarixli **********7285 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara gömrük orqanına bəyan edilməmiş yer sayı 10, brutto çəkisi 89.25 kq, 119 ədəd plastmassadan hazırlanmış qablarda meyvə cemi (hər qabın çəkisi 0.75 kq olmaqla) aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 773.5 (yeddi yüz yüz yetmiş üç manat, əlli qəpik) AZN məbləğinin 40 faizi – 309.4 (üç yüz doqquz) manat 40 (qırx) qəpik məbləğində cərimə edilsin inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1245/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1245/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver