Məhkəmə qərarları › İş №3(011)-1256/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1256/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1256/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsi, ev 12, mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 10:30 radələrində idarə etdiyi “Toyota Camry minik” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə hərəkət edərkən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin YPX-nın xidməti inspektoru, polis kiçik serjantı Əşrəf Abbaszadə tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin YPX-nın xidməti inspektoru, polis kiçik serjantı Əşrəf Abbaszadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə həkim müayinəsindən keçmək məqsədilə yaşadığı mənzildən çıxaraq istifadəsində olan “Toyota Camry” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamış, bir qədər yol qət etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı ondan spirtli içki qəbul edibetməməsini soruşmuş, o, üç gün öncə spirtli içki olan çaxır qəbul etdiyini, lakin hal-hazırda sərxoş olmadığını demişdir. Buna baxmayaraq polis əməkdaşı ona alkotest yoxlanışından keçməli olduğunu bildirmiş, o, polis əməkdaşının bu tələbinə etiraz etməyərək könüllü olaraq alkotest yoxlanışından keçmiş, bundan sonra polis əməkdaşı ona alkotestin nəticəsinin 0.418 promil olduğunu bu səbəbdən avtomobilinin duracağa yerləşdiriləcəyini və barəsində protokol tərtib ediləcəyini bildirmişdir. O, bu göstəricinin düzgün olmadığını desə də, cavab olaraq mədəsində problem olduqda alkotestin nəticəsi 0.418 promil ola biləcəyini bildirilmişdirlər. O, həkim müayinəsinə getdiyini, bu halda spirtli içki qəbul edə bilməyəcəyini demişdir. Polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq məcbur qayda da, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda spirtli içki qəbul edib avtomobili idarə etməsini, həkim müayinəsinə ehtiyacın olmamasını qeyd etdirərək imzalatdırmışlar. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobili mühafizə olunan duracağa yerləşdirmışlər. O, həmin vaxtı polis əməkdaşları tərəfindən aldadıldığını anlasa da, protokolda sərxoş olmasını qeyd etdiyi üçün gec olduğunu düşünmüşdür. Bu səbəbdən o, avtomobil mühafizə olunan duracağa yerləşdirildikdən sonra həkim tərəfindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə getmişdir. Müayinədən keçdikdən sonra həkim tərəfindən müayinə nəticəsinin 0.0 promil olduğu bildirilmişdir. Bununla bağlı ona xx xxxxxx 2021-ci il tarixli, 2/1950 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu təqdim edilmişdir. Qeyd etdiyi hallardan da göründüyü kimi həmin gün heç bir spirtli içki qəbul etmədiyini, sərxoş halda olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs izahatında müayinə zamanı qanında olan alkoqolun miqdarı 0,418% göstərici ilə tanış olduğunu, spirtli içki qəbul etdiyini və tibbi müayinəyə ehtiyacın olmadığını bildirmişdir. İş materiallarında olan “ACE Z-Series” markalı İN 642185 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, müayinə zamanı Şəxs qanında olan alkoqolun miqdarı 0,418% təşkil etmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxx 2021-ci il tarixli, 2/1950 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13:45-də ayıq vəziyyətində olmuşdur. Göründüyü kimi, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 2/1950 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu və xx xxxxxx 2021-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu Şəxs barəsində həmin gün 2 saat 45 dəqiqə fərqi ilə tərtib edilmiş və bir-birinə zidd müxtəlif rəylər alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs ali təhsilli olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar