Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1259/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidmətinin nümayəndəsi X2 və X4, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümyəndəsi X1 iştirakları ilə, «Certus” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən «Certus” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən daxil olmuş MN0004337 saylı, 22 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 27A, mənzil 468 ünvanında yerləşən Şəxs MMC tərəfindən uyğunluq sertifikatının ləğv edilməsi barədə yazılı tələb yerinə yetirilməmişdir. görə İnzibati xəta haqqında MN0004337 saylı, 22 fevral 2023 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidmətinin məhkəmələrlə iş sektorunun baş məsləhətçisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, uyğunluq sertifikatlarının ləğv edilməsi barədə Göstərişdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları zamanı Şəxs MMC tərəfindən müxtəlif qurumlara verilmiş uyğunluq sertifikatlarının bir qismində akkreditasiya sahəsindən kənaraçıxma və akkreditasiya haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması halları müəyyən edilmiş və aşkar edilmiş akkreditasiya sahəsindən kənaraçıxma halları inzibati xəta tərkibi yaratdığından, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 327312022 nömrəli 28 oktyabr 2022-ci il tarixli Qərarı ilə Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutlmuş xətanı törətməklə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Pozuntu aşkar edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli AİBNDX-12/01-5/24G nömrəli Göstəriş məktubu göndərilmişdir. Şəxs MMC tərəfindən verilmiş göstəriş qeyd olunan müddət ərzində yerinə yetirilməmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələbləri pozulmuşdur. «Certus” MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin Monitorinq sektorunun böyük məsləhətçisi X8 bildirmişdir ki, tərtib edilmiş protokol qanuna uyğun tərtib edilmişdir. ŞəxsMMC-nin barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Certus” MMC nümyəndəsi X3 izahat verərək bildirmişdir ki, tərtib edilmiş prtokol qanunsuzdur və təmin olunmamalıdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixində Şəxs MMC AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşması üzrə orqanlara olan tələblər” standartına, akkreditasiya haqqında Azərbaycan Respublikası Qanuna, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının qanununa uyğun akkreditasiya olunmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 02.0556.01.21 nomrəli akkreditasiya attestatı verilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X5 (AZT 053-2018) rəsmi nəşrinə uyğun 1154 növdə məhsul kodu üzrə akkreditasiya sahəsi tərtib olunmuşdur və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan MN 00043337 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında həmin protokol, xx.xx.2022-ci il tarixli AİBNDX – 12/01-5/24G nömrəli göstəriş məktubunda AZ 031.xx.xx.04364.22, AZ 031.xx.xx.4556.22, AZ 031.xx.xx.04185.22, AZ 031.xx.xx.04263.22, AZ 031.xx.xx.04322.22, AZ 031.xx.xx.04321.22, AZ 031.xx.xx.04270.22, AZ 031.xx.xx.04569.22, AZ 031.xx.xx.04216.22, AZ 031.xx.xx.04244.22, AZ 031.xx.xx.04271.22 uyğunluq sertifikatlarının ləğvinin tələb olunması bildirilmişdir. Yuxarıda göstərilən uyğunluq sertifikatlarının akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi iddia edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yuxarıda göstərilən uyğunluq sertifikatlarında uyğunluq nişanını düzgün istifadə edilməməsi iddiası tamamilə yanlışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istinad etdiyi Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının qanunu 1.0.7-ci və maddəsində 1.0.9-cu maddəsinin tələbləri pozulmamışdır. Bundan əlavə həmin qanunun 8.2-ci maddəsinə əsasən (akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir) xx.xx.2022-ci il tarixli AİBNDX – 12/01-5/24G nömrəli göstəriş məktubunda AZ 031.xx.xx.04364.22, AZ 031.xx.xx.4556.22, AZ 031.xx.xx.04185.22, AZ 031.xx.xx.04263.22, AZ 031.xx.xx.04322.22, AZ 031.xx.xx.04321.22, AZ 031.xx.xx.04270.22, AZ 031.xx.xx.04569.22, AZ 031.xx.xx.04216.22, AZ 031.xx.xx.04244.22, AZ 031.xx.xx.04271.22 nömrəli sertifikatlarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ akkredtasiya sahəmizə uyğun həmin sertifikatlara (məsəslən: AZ 031.xx.xx.04569.22) nömrə vermişdir. Bu o deməkdir ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikası Qanunu”n tələbləri pozulmamışdır. Bundan əlavə yuxarıda göstərilmiş xx.xx.2022-ci il tarixli AİBNDX – 12/01-5/24G nömrəli göstəriş məktubunda AZ 031.xx.xx.04364.22, AZ 031.xx.xx.4556.22, AZ 031.xx.xx.04185.22, AZ 031.xx.xx.04263.22, AZ 031.xx.xx.04322.22, AZ 031.xx.xx.04321.22, AZ 031.xx.xx.04270.22, AZ 031.xx.xx.04569.22, AZ 031.xx.xx.04216.22, AZ 031.xx.xx.04244.22, AZ 031.xx.xx.04271.22 nömrəli sertifikatlarda sertifikatlaşdırma prosesi aparılıb sertifikatın verilməsi üçün sahəmizdə olan ((Məsələn: 14.12.30) (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X5 (AZT 053-2018))) məhsul koduna və müvafiq standartlara uyğun sertifikatlaşdırılıb və uyğunluq sertifikatları verilib. Yuxarıda göstərilən məhsulların sertifikatlaşdırılması uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsini, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının qanunun 13.8.3-cü maddəsində (uyğunluq qiymətləndirilməsi barədə müraciətdə aşkar edilmiş çatışmazlıqlar uyğunluğun qiymətləndirilməsinə təsir göstərmirsə, uyğunluğun qiymətləndirilməsinin mümkün dərəcədə yerinə yetirilməsi) rəhbər tutaraq bildiririk ki, məhsulun sertifikatlaşdırılması üçün heç bir maneə olmamışdır. Şəxs MMC sertifikatlaşdırma orqanı olaraq akkreditasiya sahəmizin tərkib hissəsi AZS İSO/İEC 17065:2021 standartının 5-ci, 6-cı və sair bəndlərinə uyğun olaraq müvafiq sahələr üzrə səriştəli işçilərin olması və akkreditasiya sahəmizdə məhsul sertifikatlaşdırılması üzrə kodların (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X5 (AZT 053-2018)) olması, yuxarıda qeyd etdiyimiz məhsulların sertifikatlaşdırılmasına heç bir maneə yaratmamışdır. Yuxarıda göstərilən məhsulların sertifikatlaşdırılması üçün standartlar Rusiya Federasiyasının “Hüquqi və normativ-texniki sənədlərin elektron fondu”nun elektron bazasından və digər qurumlardan əldə olunmuşdur. Məhsulun sertifikatlaşması prosesi zamanı bu standartdan istifadə AZS İSO/İEC 17065:2021 standartının və texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun istifadə edilmişdir (yəni bu iki normativ sənədin heç bir tələbi pozulmamışdır ). xx.xx.2022-ci il tarixli AİBNDX – 12/01-5/24G nömrəli göstəriş məktubunda AZ 031.xx.xx.04364.22, AZ 031.xx.xx.4556.22, AZ 031.xx.xx.04185.22, AZ 031.xx.xx.04263.22, AZ 031.xx.xx.04322.22, AZ 031.xx.xx.04321.22, AZ 031.xx.xx.04270.22, AZ 031.xx.xx.04569.22, AZ 031.xx.xx.04216.22, AZ 031.xx.xx.04244.22, AZ 031.xx.xx.04271.22 nömrəli sertifikatları istehsalçı müəssisəyə təqdim etdikdən təxminən bir ay sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-dan bizə akkreditasiya sahəmizə bütün sertifikatlaşdırılmış məhsulların standartlarının əlavə edilməsi bildirildi. Biz də müvafiq məktublarla müvafiq standartların akkreditasiya sahəmizə əlavə olunması ilə bağlı müraciət etmişik. Heç bir qanuni əsası olmadan bu standartların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-dan alınması tələb olunmuşdur və biz də sertifikatlaşma orqanı olaraq müvafiq standartların alınmasını külli miqdarda vəsait ödəyərək təmin etmişik. Bundan əlavə, standartlaşma haqqında Azərbaycan Respublikası qanunun 13.2.(Uyğunluğun könüllü qiymətləndirilməsi uyğunluğu qiymətləndirən qurumlar tərəfindən akkreditasiya tələblərinə, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilmiş normativ sənədlərə və müvafiq beynəlxalq standartların tələblərinə əsasən aparılır.). Qanunun müvafiq maddəsindən göstərilir ki, standart Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin standartı deyildir və sertifikatlaşma prosesinin aparılması üçün standartı Rusiya Federasiyasının “Hüquqi və normativ-texniki sənədlərin elektron fondu”nun və digər qurumların elektron bazasından əldə olunmuşdur və istənilən sertifikatlaşdırma orqanı və istehsalçı müəsisə müvafiq standartları həmin fonddan əldə edə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6” publiki hüquqi şəxsin akkresitasiya sahəsində normativ sənədin işarəsi bölümündə heç bir standart qeyd olunmamışdır. Əgər bizim sahədə standartların qeyd olunmaması qanuna ziddirsə qeyd etdiyimiz quruma niyə aid deyil?! “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qanunun əsas anlayışlarında akkreditasiya sahəsi termini yoxdur. Şəxs MMC sertifikatlaşdırma orqanı olaraq akkreditasiya sahəsində AZS İSO/İEC 17065:2021 standartının 5-ci, 6-cı bəndlərinə uyğun olaraq müvafiq sahələr üzrə məhsul sertifikatlaşdırılması üzrə kodların verilməsi, yuxarıda qeyd edilən məhsulların sertifikatlaşdırılmasına heç bir məhdudiyyət tətbiq etməmişdir. Bu Qanunun 8.2-ci maddəsinə əsasən iddia olunan pozuntunun törədilməsi əsassızdır, həmin S/N: 003 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Elbəy. Allahverdiyev Məhkəmənin adı: Bakı Apellyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=f20cf95a7f4f432eadb2f3a2ad05da43 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 2/6 maddədə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinə dair ümumi tələblər öz əksini tapmışdır, cəmiyyətdə fəaliyyət sahəsində həmin məhsula dair kodlaşdırılması nəzərdə tutulmuşdur, cəmiyyət fəaliyyət sahəsinin genişləndirməsi məqsədi ilə akkreditasiya mərkəzinə əlavə standartların alınması üçün daim müaricətlər etməkdədir. “Standartlaşdlrma haqqında" Qanunun 12.2-ci maddəsinə əsasən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur. Həmin Qanununun 14.6-ci maddəsinə əsasən standartlaşdırma üzrə sənədlərin tətbiqi və yayımı müəlliflik hüquqlarına əməl edilməklə həyata keçirilir. Rəsmi nəşrlərə müəlliflik hüququ milli standartlaşdırma qurumuna məxsusdur. Uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər rəsmi nəşrlərin (texniki şərtlər istisna olmaqla) onlara məxsusluğunu (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq etməlidirlər. Bu Qanunun 1.0.23-cü maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesidir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Göründüyü kimi, Qanunda fiziki və hüquqi şəxslərin standartlaşdırma üzrə sənədlərin rəsmi nəşrlərinni milli standarlaşdırma qurumundan almaq, habelə bu tələbə əməl edilməsini təsdiq etmə vəzifəsi bilavasitə uyğunluğun qiymətləndirilrməsi prosesinə aid edilmişdir. Uyğunluğu qiymətləndirən qurumun özünün akkreditasiyası zamanı onlar tərəfindən müvafiq sənədlərin rəsmi nəşrlərinin əldə olunması və bunun təsdiq edilməsi tələbi isə Qanunda nəzərdə tutulmamışdır. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunun 4.0.1, 4.0.2., 4.0.3., 4.0.4., 4.0.9maddələrini və AZS İSO/İEC 17065:2021 standartının müvafiq bəndlərini əsas tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli AİBNDX-12/12-5/22385 nömrəli göstəriş məktubunun və qanunsuz tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edirik . Yuxarıda göstərilənlərdən məlum olur ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunun maddə 4.0.1.(qanunçuluq) 4.0.2.(qərəzsizlik), 4.0.3.(şəffaflıq və ictimaiyyətə açıqlıq), 4.0.4.(fəaliyyətdə müstəqillik), 4.0.9.(beynəlxalq akkreditasiya qaydalarına uyğunluq) bəndlərinin və AZS İSO/İEC 17065:2021 standartının müvafiq bəndlərini əsas tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəxs MMC-yə qərəzli mövqe nümayiş etdirir və Şəxs MMC-nin fəaliyyətinə qərəzli olaraq maneə yaradır. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 538-1.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə -vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 544.2-ci maddəsinə əsasən, İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun: 1.0-ci maddəsinə əsasən bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi; 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi; 1.0.9-ci maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi deməkdir. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Həmin qanunun13.5-ci maddəsinə əsasən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təsərrüfat subyektləri ilə uyğunluq sertifikatının əldə olunması zamanı əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq monitorinqlər aparılmalıdır. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildiyi halda, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə qərar qəbul edilir və bazara buraxılmış malların dərhal geri qaytarılması şərti ilə 1 (bir) ay müddətində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması təsərrüfat subyektlərindən tələb olunmalıdır. Qeyd olunan tələblərə riayət olunmadığı halda akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edilir. İş materiallarından olan və məhkəmə baxışında tədqiq olunmuş: 22 fevral 2023-cü il tarixli, MN0004337 saylı inzbati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC tərəfindən uyğunluq sertifikatlarının ləğv edilməsi barədə yazılı tələb yerinə yetirilməmişdir. Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli uyğunluq sertifikatının ləğv edilməsi barədə göstərişdəndən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları zamanı "xxxx" MMC tərəfindən müxtəlif qurumlara verilmiş uyğunluq sertifikatlarının bir qismində akkreditasiya sahəsindən kənaraçıxma və akkreditasiya haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması halları müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC tərəfindən verilmiş uyğunluq sertifikatlarının bir qismində aşkar edilmiş akkreditasiya sahəsindən kənara çıxma halları inzibati xəta tərkibi yaratdığından, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx" MMC tərəfindən qanunsuz tərtib edilmiş uyğunluq sertifikatları (xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04364.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04556.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04185.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04263.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04322.22 nömrəli; xx.xx.2022- ci il tarixli, AZ 031.xx.xx.04321.22; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04270 nömrəli; xx.xx.2022-ci il, AZ 031.xx.xx.04569.22 nömrəli; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04216 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.63.0.04244.22 nömrəli; xx.xx.2022-ci il tarixli, AZ 031.xx.xx.04271.22) ləğv edilməsi və bu barədə uyğunluq sertifikatı təqdim edilmiş qurumlara məlumat verilməsi tələb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-3273 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyindən 2000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 cü il tarxili, 3(103)-564/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-3273 saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəxs MMC AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşması üzrə orqanlara olan tələblər” standartına, akkreditasiya haqqında Azərbaycan Respublikası Qanuna, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının qanununa uyğun akkreditasiya olunmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 02.0556.01.21 nömrəli akkreditasiya attestatı verilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X5 (AZT 053-2018) rəsmi nəşrinə uyğun 1154 növdə məhsul kodu üzrə akkreditasiya sahəsi tərtib olunmuşdur və Şəxs MMC-yə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. Məhkəmə hesab edir ki, inzibati protokol tərtib etmiş orqan protokol tərtib edərkən istinad etdiyi İXM-nin 544.2-ci maddəsinin tələblərinin yəni dispozitiv şərtlərinin Şəxs MMC-nin əməlində mövcud olması və onun tərəfindən pozulması halı nə iş materialları ilə nədə ki, məhkəmə iclasında araşdırma aparılarkən öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə nəzərə alır ki, hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün birmənalı olaraq İXM-nin sözügedən maddəsinin əsas dispozitiv şərti olan hal qanuni olmalıdır. Belə ki, Şəxs MMC-yə məcburi icra edilməsi üçün verilmiş “İstehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında” dövlət orqanının vəzifəli şəxsi tərəfindən təqdim edilməli yazılı tələb qanuni olmalıdır və həmin qanuni tələb yerinə yetirilmədiyi təqdirdə inzibati məsuliyyət yarana bilər. Məhkəmə iş materiallarına əsaslanaraq qeyd edir ki, hazırda inzibati protokol tərtib etmiş orqan Şəxs MMC-yə məcburi icra üçün təqdim etdiyi “Yazılı tələb”in – məcburi göstərişin qanuni əsaslarını, yəni hansı normativ hüquqi aktla nəzərdə tutulduğunu və bu səbəbdən icrası Şəxs MMC üçün məcburi olmasını əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC -nın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1259/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1259/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver