Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1262/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X11 Xidmətinin nümayəndəsi X8 və X3 vəkili X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavininin 2024-cü il 27 mart tarixli ******* nömrəli qərarı ilə “Azərtunelsutikiniti" MMC-nin direktoru X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 (dörd min) manat məbləğində cərimə edilmiş, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə ona inzibati tənbeh tətbiq edilmişdir. Əmək Müfəttişliyi "xxxx" MMC-nin işçilərinin işə davamiyyət haqqında sentyabr və oktyabr aylarına dair cədvəllərə (tabel) istinad edərək qərarı onunla əsaslandırmışdır ki, Tahir Əsgərovla bağlanmış birinci əmək müqaviləsinə 2023-cü il sentyabrın 08-də xitam verilməsinə və onunla sentyabrın 14-də yeni əmək müqaviləsi bağlananadək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən o, sentyabrın 05-i, 11-i, 12-si və 13-də işə cəlb edilmişdir. Eyni zamanda, T.Əsgərovla üçüncü dəfə - 2023-cü il oktyabrın 09-da bağlanmış əmək müqaviləsi qüvvəyə minmədən o, oktybarın 02-dən 06-dək işə cəlb edilmişdir. Əmək Müfəttişliyinin qərarı qanunsuz və əsassızdır, barəsində inzibati cərimə tətbiq edilmiş şəxsin əməlində (hərəkətsizliyində) inzibati xəta hadisəsi olmadığına görə aşağıdakı əsaslarla qərar ləğv edilərək, işin icraatına xitam verilməlidir. Əmək Müfəttişliyi İXM-in 135.1, 135.1.1, 135.1.6-cı maddələrinin tələblərini pozaraq işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarını hərtərəfli tam və obyektiv araşdırmadığına görə səhv qərar qəbul etmişdir. Tahir Əsgərovla "xxxx" MMC-nin arasında üç dəfə əmək müqaviləsi bağlanmışdır. Birinci dəfə 2023-cü il iyunun 16-da bağlanmış sentyabrın 08-də xitam verilmişdir; ikinci dəfə sentyabrın 14-də bağlanmış 25-də xitam verilmişdir; üçüncü dəfə 2023-cü il oktybarın 09-da bağlanmış 2024-cü il yanvarın 16-da xitam verilmişdir. İşçilərin işə davamiyyət cədvəlini tərtib edən kadr üzrə mütəxəssisin izahatından aydın olur ki, işçilərin işə davamiyyət cədvəli ayda bir dəfə tərtib edilir. Tahir Əsgərov dəfələrlə əmək müqaviləsinə xitam verdiyinə görə sentyabr və oktyabr aylarında onun işə davamiyyətini sənədlərlə dəqiq yoxlamadan ümumi qaydada səhv tərtib etmişdir. Bu səbəbdən, iki müqavilə qüvvəyə minənə qədər onun işə davamiyyəti bir neçə gün yalnış göstərilmişdir. X16 Müfəttişliyinə yazdığı müraciətdə isə əmək müqvailəsindən kənar onun işə cəlb edilməsi əsla qeyd edilməmişdir. Onun izahatından məlum olur ki, əmək müqaviləsi bağlanmazdan əvvəl işə cəlb edilməmiş və müfəttişliyin istinad etdiyi işə davamiyyət cədvəllərindəki günləri o, işləməmişdir. Göründüyü kimi, müfəttişlik kifayət qədər və obyektiv araşdırma aparmadan səhv qərar qəbul etmişdir. Halbuki, İXM-in 75.0.3-cü maddəsinə əsasən iş üzrə sübut edilməli vacib hallardan biri inzibati xəta törətmiş şəxsin təqsirini qanunla sübut edilməli olduğu halda, Əmək Müfəttişliyi bunu etməmişdir. Müəssissənin direktoru (qanuni təmsilçisi) işə davamiyyət cədvəllərini yoxlamalı deyil və yoxlamamışdır. Əks halda o, bütün işçiləri əvəz etmiş olardı. Cədvəlləri yoxlamadan onu imzalamaq təqsirli hərəkətsizlik demək deyildir. İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta yalnız düzünə qəsdlə törədilə bilər. Cədvəldə iş günlərinin səhvən artıq göstərilməsini vəzifəli şəxsin düzünə qəsdlə hərəkəti kimi qiymətləndirmək olmaz. Odur ki, mövcud inzibati iş üzrə inzibati xəta hadisəsi X11 Xidmətinin Bakı şəhər İdarəsinin “Azərtunelsutikiniti" MMC-nin direktoru X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 (dörd min) manat məbləğində cərimə edilməsinə dair, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə inzibati tənbeh tətbiq edilməsi haqqında 2024-cü il 27 mart tarixli ******* nömrəli qərarı inzibati xəta hadisəsi olmadığına görə ləğv edilərək, inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 vəkili X4 şikayətində göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 yanvar 2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, X12 15 iyun 2023-cü ildə "xxxx" MMC şirkətində elektrik vəzifəsində çalışmışdır. Əmək müqaviləsində həftədə 5 gün 40 saat yazılsada o həftədə 6 gün saat səkkizdən axşam altıya kimi çalışmışdır. Çalışdığı müddət ərzində 2023-cü ilin avqust ayında 12 gün oktyabr ayında 5 gün noyabr ayında 5 gün dekabr ayında 1 gün toplam 24 gün Qarabağ zonasında (Laçın, Ağdam) ezamiyyətdə olsa da ona ezam pulu hesablanmayıb. Yanvar ayının 15-də işdən çıxsa da 517 manat ona son haqq hesab pulu hesablanıb. Rəsmi əmək haqqı 345 manat göstərilsədə aldığı maaş net 900 manat olub. Vergidən yayınmaq üçün əmək haqqını az göstəriblər. Ona çalışdığı müddət ərzində ödənilməyən iş günlərinin və saatlarının pulunu, ezamiyyə pullarının pulunu və son haqq hesab pulunun doğru dürüst ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 əmək müqaviləsinə 08 sentyabr 2023-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq-hesabın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq tam həcmdə hesablanmadığı və gecikdirilərək 17 oktyabr 2023-cü il tarixində ödənildiyi, eyni zamanda T.Əsgərovun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 11 sentyabr 2023 – 14 sentyabr 2023-cü il və 02 oktyabr 2023 – 09 oktyabr 2023-cü il tarixlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuş və nəticədə X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 13 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 11 sentyabr 2023 – 14 sentyabr 2023-cü il və 02 oktyabr 2023 – 09 oktyabr 2023-cü il tarixlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuş və nəticədə X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X9 əmək müqaviləsinə 08 sentyabr 2023-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq-hesabın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq tam həcmdə hesablanmadığı və gecikdirilərək 17 oktyabr 2023-cü il tarixində ödənildiyi, eyni zamanda T.Əsgərovun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 11 sentyabr 2023 – 14 sentyabr 2023-cü il və 02 oktyabr 2023 – 09 oktyabr 2023-cü il tarixlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuş və bununla X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Kadr üzrə mütəxəssis X5 02 aprel 2024-cü il tarixli izahatından görünür ki, işçilərin işə davamiyyəti barədə aylıq cədvəlləri ona verilmiş məlumatlara əsasən ayda bir dəfə tərtib edir. X12 ilə: 16.06.-xx.xx.2023-cü ilədək; 14.09-xx.xx.2023-cü ilədək və xx.xx.2023cü ildən xx.xx.2024-cü ilədək üç əmək müqaviləsi bağlanmışdır. 2023-cü il sentyabrın 08də birinci əmək müqaviləsinə xitam verilmiş, sentyabrın 14-da isə onunla yenidən əmək müqaviləsi bağlanmışdır. Bu səbəbdən, sentyabrın 01-dən 08-dək işlədiyi günlər cədvəldə yeni müqaviləyə daxil edilmişdir. Sentyabrın 08-dən 14-dək qalan üç gün isə texniki səhv kimi qeydə alınmışdır. Oktyabrın 02-dən 06-dək oktyabrın 09-da bağlanmış yeni müqaviləyə görə aylıq cədvəl tərtib edilərkən işləmədiyi günlər 5 gün səhv yazılmış və ödənilmişdir. Gələcəkdə belə səhvlərə yol verməyəcək. Şirkətin keçmiş işçisi X9 02 aprel 2024-cü il tarixli izahatından görünür ki, “Azərtunelsutikiniti" MMC ilə o 3 dəfə əmək müqaviləsi bağlayaraq işləmiş: 1) xx.xx.2023 – xx.xx.2023; 2) xx.xx.2023 – xx.xx.2023 və 3) xx.xx.2023 – xx.xx.2024. Əmək Müfəttişliyinə yazdığı müraciətdə onunla əmək müqaviləsi bağlanmadan işləməyi barədə göstərməmiş, çünki belə hal olmayıb. Ona təqdim edilmiş sentyabr və oktyabr aylarının tabellərində əmək müqaviləsindən əvvəl qeyd edilmiş günlər səhvdir. Sentyabrın 8-dən 14-dək tabeldə qeyd edilmiş günlərdə o işləməyib. Tabeldə səhv yazılıb. Eləcə də oktyabrın 2-dən 6-dək qeydlər də səhvdir, işləməyib. 02 aprel 2024-cü il tarixli iltizamdan görünür ki, X12 “Azərtunelsutikiniti" MMC-yə qarşı şikayətləri səhv yazmışdır. Bundan sonra bu şirkətə qarşı heç bir narazılığı yoxdur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1262/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1262/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver