Məhkəmə qərarları › İş №3(011)-1264/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1264/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1264/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zeynalov X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, mənzil 141də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)- 9138/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və X1 üçün hər bir uşağa görə hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)-9138/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və X1 üçün hər bir uşağa görə hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Onun aliment borcu 3240 manat təşkil edir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)-9138/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və X1 üçün hər bir uşağa görə hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)-9138/2019 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2(011)-9138/2019 saylı icra vərəqəsinə əsasən, ondan xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və X1 üçün hər bir uşağa görə hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. O, heç bir yerdə işləmir. Karantin rejiminə görə işsiz qalmışdır. Aliment borcundan hissə-hissə 200-300 manat ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun barəsində müvafiq maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar