Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1266/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə bağlı qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir, ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixində axşam saat 23:00 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Bakı şəhəri Xətai Rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Elşad Ağayev tərəfindən xx.xx.2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov qərarın məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində axşam saat 23:00 radələrində Zaur onun işlətdiyi “Polad şərab” evinin qarşısında mobil telefonla kiminləsə söyüş təhqirlə yüksəkdən danışmış, o, həmin vaxt evdəkilərin nalaiq sözlər eşitməməsi üçün bayıra çıxmış, Zaura sakit danışmasını və uzaqlaşmasını demişdir. Zaur telefonu söndürüb onun üzərinə gəlmiş və bu zaman o, Zaurun nəfəsindən spirtli iy gəldiyini görüb onunla sakit danışmağa başlamış və sərxoş olduğu üçün yola vermişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində axşam saat 23:00 radələrində “Polad şərab” evinin qarşısında Ganpolad Gülgəzovla aralarında mübahisə yaranmışdır. X1rşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli T 01/2021 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - “əzik”, istərsə də “bel nahiyəsinin əzələ-bağ aparatının gərilməsi” diaqnozunda xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq və s-.) qeyd olunmadığından onların xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Lakin, təqdim edilmiş fotoşəkillərdə sağ əlin İ barmağında dırnaq falanqası altında qaramtıl rəngdə qansızmayabənzər dəyişiklik bərk küt əşyanın təsirindən törənə bilərdi, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, onu bağışlayır. Ganpolad Gülgəzovyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs ilə barışmasını, onun Şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli, lakin zərər çəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, zərər çəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1266/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1266/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver