Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1266/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1996-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küşəsi, 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsndə 07 mart 2024-cü il tarixdə X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, qohumu Fuad adlı şəxs əlində dəmir parçası ilə ailə üzvülərinə hücüm etmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X11 tərəfindən 08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərkən törətdiyi əməli etiraf edərək bildirmişdir ki, X5 onun dayısı yoldaşıdır. Onlar bir ümumi yaşayış sahəsində yaşayır.1989-cu ildən əmlakın bölünməsi üzrə münasibətləri yaxşı olmamışdır. O, öz evində pişik saxlamış, həmin pişiklərin nəcisini ümumi yaşayış sahəsi olan bağda ağacların dibinə təbii gübrə olaraq etmişdir. xx.xx.2024cü il tarixdə pişiklərin nəcisini ağacların dibinə atan zaman Şəfiqə onunla mübahisə edib onu söyüb təhqir etmişdir. Buna görə əsəbləşib Şəfiqənin üzünə tüpürüb və ona əgər qadın olmasaydı yerdə olan dəmir parşası ilə onu vuraçağını bildirmişdir. Beləliklə araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında Şəxs ailə münaqişəsi zamanı X1 təhqir edib üzünə tüpürmüşdür. Hazırda əməlindən çox peşmandır. Ona yüngül tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X11 izahatında göstərdi ki, 07 mart 2024-cü il tarixdə X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, qohumu Fuad adlı şəxs əlində dəmir parçası ilə ailə üzvülərinə hücüm etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 08 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs baldızı oğludur və münasibətləri yaxşı deyil. Fuadın yaşayış evi ayrı olsa da bir ümumi həyətdən istifadə edirlər. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Fuad evdə və həyətyani sahədə saxladığı pişiyin zibillərini ümumi yaşayış sahəsinə atmışdır. Buna görə Fuada irad bildirən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fuad onu söyüb təhqir etmiş və onun üzünə tüpürmüşdür. Bundan sonra Fuad ona hədə-qorxu gələrək üzərinə hücum çəkmək istəmiş lakin anası onun qarşısını almışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozmuşdur. 17 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti 37-ci PŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, səmimi peşmançılığını və gənc olmasını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1266/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1266/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver