Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1267/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarı və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2021-ci tarixdə Bakı şəhəri Xətai Rayon Prokurorluğundan Şəxs barəsində Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda göstərilir ki, ünvan 1 mənzil 19 ünvanında yaşayan X1 yaşadığı evin qarşısında azyaşlı oğluna məxsus “Nerf” markalı oyuncaq avtomatın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verdiyi məlumat və həmin tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ünvanladığı müraciəti əsasında RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məftun Şirinov tərəfindən toplanmış material üzrə xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və baş vermiş oğurluq hadisəsini törətmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi bölmənin sahə inspektoru, polis kapitanı Şəxs həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və xx.xx.2021-ci il tarixli məktubla qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Həmin qərar rayon prokurorluğuna xx.xx.2021-ci il tarixdə daxil olmaqla öyrənilərkən müəyyən edilmişdir ki, RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll olunması üçün aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana göndərilir. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatı prokuror başlayır. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsinin qeydinə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xəta icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir. Beləliklə, şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətməsi təsdiq olunduğu halda, inzibati tənbeh vermək hüququ olan hakim inzibati tənbeh tətbiq etmədən, əvəzinə inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün icraatında olan materialları müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmə hesab edir ki, Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şəxs intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 596.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hakim: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1267/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1267/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver