Məhkəmə qərarları › İş №3(011)-1269/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1269/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1269/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Şahidlər Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin yol patrul xidmətinin inspektoru X6 və Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin yol patrul xidmətinin inspektoru X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonu, Üdgün kəndində ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-dən daxil olmuş 28 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 28 mart 2023-cü il tarixdə “8 Noyabr” prospektində hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermişdir. Avtomobili saxladıqdan sonra texniki şəhadətnaməsini əməkdaşlara təqdim etmiş, bu zaman ona bildirilmişdir ki, gündüz vaxtı nəqliyyat vasitəsinin hərəkətinə məhdudiyyət var və nəqliyyat vasitəsi dayanacağa yerləşdirilməlidir. Bu zaman bildirmişdir ki, onun nəqliyyat vasitəsi xüsusi təyinatlı nəqliyyat vasitəsi olduğuna görə hərəkətinə icazə var, bu səbəbdən də nəqliyyat vasitəsini duracağa yerləşdirməkdən imtina etmişdir. Bundan başqa polisin digər qanuni tələblərinə tabe olmuşdur. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin yol patrul xidmətinin inspektoru X6 məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimləməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən Bakı şəhərinə icazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin girişinin və hərəkətinin məhdudlaşdırılması barədə xx.xx.2022-ci il tarxli 1 saylı protokola əsasən, 27 okyabr 2022-ci il tarixdən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulmuşdur. Onlarda Şəxs saxlayıb ona qeyd edilən qaydanı pozduğunu və bu səbəbdən idarə etdiyi maşının cərimə meydançasına aparılmalı olmasını bildirdikdə, sonuncu onlara maşının xüsusi təyinatlı avtonəqliyyat vasitəsi olmasını bildirmiş, onun qanunsuz saxlandığına görə cərimə meydançasına maşınını aparmayacağını bildirərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs idarə etdiyi 77XL264 nömrəli avtoqnəqliyyat vasitəsi tip olaraq bortlu kran qurğusudur və yükdaşıma maşını hesab olunur. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin yol patrul xidmətinin inspektoru X5, X3 dediklərinə uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşlarının tələblərinə tabe olmayıb və onlarla kobud rəftar etmiş, Şəxs polis əməkdaşları tərəfində 36-cı Polis Bölməsinə aparılmışdır; 28 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixində, saat 10:04 radələrində “8 noyabr” prospektində YPX inspektorları tərəfindən **-XL-*** nömrə nişanlı nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi ilə bağlı polisin qanuni tələbinə tabe olmayıb. inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində inzibati qaydada tutulmuşdur. diskə əlavə edilmiş videogörüntülərdən görünür ki, Şəxs yol patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, idarə etdiyi maşını cərimə meydançasına aparmaqdan imtina etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XL-*** nömrəli maşın bortlu kran qurğusu hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmaması və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını,yaşını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hacıyeva Sülhanə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar