Məhkəmə qərarları › İş №3(011)-1273/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1273/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1273/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X1 Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili, X5 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qazax rayonu, Dağkəsəmən kəndində anadan olmuş, evli Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 28 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai İcra Hakimiyyətinin qarşısında xidməti vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qazi tərəfindən qoyulmuş köşk icazəsiz və qanunsuz olduğu üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən götürülmüşdür. Qazinin birliyə müraciəti əsasında məsələnin həlli üçün qazilər tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi ilə görüşmək üçün icra haimiyyətinin qarşısına gəlmişlər. Onları heç kim qəbul etmədiyi üçün səs-küy yaranmışdır. Heç bir aksiya keçirməmişlər. O, özü qazi deyil. Lakin, özlərinin yaratdıqları, rəsmi qeydiyyatdan keçməyən qazilər birliyinin sədridir. Ona mülki paltarlı polis əməkdaşı yaxınlaşaraq 37-ci polis şöbəsinə dəvət etmiş, o da, heç bir tabesizlik göstərməyərək şöbəyə getmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Əsədli Seyfulla şahid qismində məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 18:00 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin qarşısında xidmətdə olarkən bir nəfər şəxs aqressiv halda Xətai RİH-nin rəhbər vəzifəli şəxslərinin ünvanına lüzumsuz ifadələr və əsassız ittihamlar irəli sürərək ətraftakı insanların fikrini özünə cəlb etməklə, ictimai qaydanı pozmağa cəhd etməsini görüb həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və həmin şəxsi intizama dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs onunla ictimai yerdə kobud rəftar etmiş və onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdmişdir. Bundan sonra həmin şəxs 37-ci polis şöbəsinə dəvət edilmiş, şöbədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 18:00 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin qarşısında xidmətdə olarkən bir nəfər şəxs aqressiv halda Xətai RİH-nin rəhbər vəzifəli şəxslərinin ünvanına lüzumsuz ifadələr və əsassız ittihamlar irəli sürərək ətraftakı insanların fikrini özünə cəlb etməklə, ictimai qaydanı pozmağa cəhd etməsini görüb həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və həmin şəxsi intizama dəvət etmişdir. Buna baxmayaraq həmin şəxs onunla ictimai yerdə kobud rəftar etmiş və onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdmişdir. Bundan sonra həmin şəxs 37-ci polis şöbəsinə dəvət edilmiş, şöbədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 28 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai İcra Hakimiyyətinin qarşısında xidməti vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. 28 mart 2023-cü il tarixli, AZA000514 saylı şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üstündə olan əşyaları yoxlama zamanı “Zero” markalı mobil telefon aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli AZA000938 saylı tutma protokolundan görünür ki, Şəxs 28 mart 2023-cü il tarixdə saat 20:30-da tutulmuşdur. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı övladları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai İcra Hakimiyyətinin qarşısında xidməti vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 adlı azyaşlı uşağının olması (32.1.1) məsuliyyəti yüngülləşdirici hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olması və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Muradov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 28 mart 2023-cü il tarixdə saat 20:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 mart 2023-cü il tarixdə saat 20:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar