Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1279/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmişdir ki, Bakı şəhər sakini Şəxs bilə-bilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunun 4-cü bəndində nəzərdə tutulmuş xüsusi təyinatlı ləvazimata aid olan, gizli foto və video müşahidə üçün nəzərdə tutulmuş, işlək vəziyyətdə və istifadə üçün yararlı olan, orta bazar dəyəri 82 manat təşkil edən, eynək formasında tərtib edilmiş “HD X1” adlı cihazı əldə edib saxladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayev məhkəməyə ünvanladığı xx xxxx 2021-ci il tarixli məktubunda, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 504cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialının bəzi xüsusatların araşdırılması məqsədilə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı araşdırıb, hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş sənədlər xx xxxx 2021-ci il tarixli ərizə nəzərə alınmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114--cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna geri qaytarılsın. Hakim Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1279/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1279/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver