Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1279/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4, Azərbaycan Respublikasının X3nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, X4 Azərbaycan Respublikasının X3nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının X3nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Oqtay Vəliyev 29 ünvanında ət dükanı işlədir, qanuna uyğun vergi ödəyərək qəssab fəaliyyəti ilə məşğul olur. Bu faəliyyət ilə məşğul olmaq üçün hər bir şəraiti vardır, lakin X3 bildirmişdir ki, təyin olunmuş kəsim məntəqəsində kəsimi həyata keçirməlidir. Əks təqdirdə ət məhsullarının həyata keçirilməsi mümkün deyildir. Ancaq həmin məntəqələrdə kəsimi həyata keçirmək bahalıdır,kəsimdən sonra ət məhsullarının mağazaya gətirilməsi çətinlik törədir. Odur ki, ət məhsullarınını ekspertizadan keçirə bilmir və ikinci dəfədir ki, bununla bağlı cərimə olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının X3nin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Nizami rayonu, Oqtay Vəliyev 29 ünvanında yerləşən ət satışı mağazasında heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satışı halları aşkar edilmiş və qanuna uyğun olaraq X7 dəvət olunaraq ona qanuni şəkildə cərimə cəzası ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Kəsim əraziyə yaxınlığa uyğun kəsimi həyata keçirən şəxs tərəfindən kəsim məntəqəsində həyata keçirilməlidir. Əks təqdirdə ət məhsullarının ekspertizasının həyata keçirilməsi mümkün deyildir. Məhkəmə iclasında X7 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hesab edir Azərbaycan Respublikasının X3nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermək haqqında qərara əsasən X7 xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Oqtay Vəliyev 29 ünvanında yerləşən ət satışı mağazasında heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satışı halları aşkar edilməsi nəticəsində X1 Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur; “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən X7 hüquqi şəxs yaratmadan ət və ət məhsullarının pərakəndə satışı ilə məşğul olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğində cərimə edilir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.2.10. heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası dövlət baytarlıq nəzarətinin əhatəsinə aiddir; 17.1-ci maddəsinə əsasən heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. 17.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir. 19.0.12-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq sanitariya) tələbləri üzrə vəzifəsi olaraq müəyyən edilmişdir; Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının X3nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X4 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının X3nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1279/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1279/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver