Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1281/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətini gec aldığına görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxmışdır. Odur ki o, buraxılmış müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1176/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Lakin buna baxmayaraq, X3 yenidən xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Beləliklə, inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1176/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 vəsatinə mahiyyəti üzrə baxılaraq şikayət vermək üçün buraxılmış müddətin bərpası təmin edilmədiyindən və məhkəməyə eyni inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətlə yenidən müraciət olunduğundan, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1281/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1281/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver