Məhkəmə qərarları › İş №3(011)-1293/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1293/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1293/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına 29.01.2022ci il tarixdə O336OE178/A7037A1 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********8576 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl təqdim edilmiş, lakin qısa idxal bəyannaməsinin 18ci qrafasında dartıcının nömrəsi E143CO197 qeyd edildiyi halda **********1428 sorğu nömrəli gömrük bəyannaməsinin 18 qrafasında dartıcının nömrəsi O336OE178 kimi göstərilmişdir. Buna görə də Şəxs MMC barəsində 24 fevral 2022-ci il tarixli 00100-0342/22 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-ə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, E143CO197/A7037A1 nömrəli nəqliyyat vasitəsi 14.01.2022-ci il tarixdə yüklənmiş, daha sonra həmin nəqliyyat vasitəsi Rusiya Federasiyasınınn Manas qəsəbəsində xarab olmuşdur, lakin bu barədə onlara heç bir məlumat verilməmişdir. Yüklərin vaxtında çatdırılmadığını gördükdə həmin nəqliyyat şirkəti ilə 26.01.2022-ci il tarixdə əlaqə saxladıqda onlar bildirdilər ki, nəqliyyat vasitəsi xarab olmuş və təmir edilə bilmədiyi üçün yeni dartıcı ilə yüklərin göndəriləcəyini bildirdilər. Gömrük orqanına təqdim etmək üçün rəsmi məktub tələb etmişlər, onlar da 27.01.2022-ci il tarixdə məktub göndərmişlər. Həmin məktubu gömrük bəyannaməsi tərtib edən zaman skan edib əlavə etmişlər. Qeyd olunanlar hallar onların iradəsindən asılı olmayaraq baş verdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan **********1428 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 18-ci qrafasında dartıcının nömrəsi O336OE178 göstərilmişdir. İş materiallarında olan **********8576 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, bəyannamənin 21-ci qrafasında isə dartıcının nömrəsi E143CO197 kimi qeyd edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası “ЗАМ ЗАМ” şirkəti tərəfindən verilmiş məktubdan görünür ki, E143CO197 dartıcı xarab olmuş və təmir edilə bilmədiyi üçün O336OE178 nömrəli yeni dartıcı ilə yüklər göndərilmişdir. Yük hissəsi açılmamış və heç bir gömrük pozuntusu baş verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC–nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********8576 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə **********1428 sorğu nömrəli gömrük bəyannaməsinin arasında uyğunsuzluq olması dartıcının xarab olması və təmir edilə bilməməsi ilə əlaqədar olmuşdur. Bu fakt təhrif olunmuş məlumatın verilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar