Məhkəmə qərarları › İş №3(011)-1295/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1295/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1295/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, Dağ Cəyir kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndi, Bakı yaşayış kompleksi nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Xətai RPİ 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Həsən Həsənov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 03 aprel 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 17 mart 2023-cü il tarixdə Xətai rayonu, Süleyman Mehmandarov küçəsində X2 ilə aralarında yaranmış mübahisə zamanı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Nizami rayonu, B.Nuriyev küçəsindən G.Mehmandarov küçəsinə sifariş qəbul etmişdir. Müştərilər isə iki nəfər yaşlı qadın olmuşdur. Müştəriləri S.Mehmandarov küçəsinə, naviqatorun göstərdiyi yerə gətirdikdə müştərilərdən biri ünvanın yanlış olduğunu bildirmiş və onu təhqir etmişdir. Onların nalayiq ifadələrinə qarşı kobud cavab vermişdir. Hal-hazırda əməlindən səmimi peşmançılığını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan X1 vermiş olduğu izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə tanışlarının evinə qonaq getmək məqsədilə baldızı Maral ilə birlikdə saat 12 radələrində yaşadığı ünvandan Xətai rayonu, G.Şıxlinski ünvanına “Uber” taksi şirkətindən taksi sifariş etmiş, bir neçə dəqiqədən sonra taksi sürücüsü ona qısa zəng etmiş, zəng olunan nömrəyə geri zəng edərək sürücüyə olduğu yeri izah etmək istədikdə sürücü onunla kobud danışmış, baldızıyla avtomobilə əyləşdikdə sürücü yol boyu onları təhqir etmiş, Xətai rayonu, G.Mehmandarov küçəsində olan zaman sürücü onlardan ünvana çatmalarını bildirərək avtomobildən düşmələrini istəmiş, ona yanlış ünvana gətirməsini bildirdikdə isə başqa sifarişinin olmasını söyləyərək onları təhqir etmiş, avtomobildən düşdükdə yerə yıxılmış, lakin heç bir xəsarət almamış, əlində olan sellofan paket içərisində ərzaq məhsulları ilə birlikdə və mobil telefon yerə düşmüş, yerdə olarkən sürücünün söyüşlərinə cavab verdikdə sonuncu maşından götürdüyü dəmir parçasıyla onların üzərinə gəlmişdir, yaxınlıqda olan şəxslər müdaxilə etdikdən sonra sürücü avtomobilə əyləşərək oradan uzaqlaşmış və sonradan isə içərisində 500 manat pul olan pul qabının avtomobildə unutmasını və ya endikdən sonra itirməsini aşkar etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olması və inzibati xəta törətməsini səmimi etiraf etməsidir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar