Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1296/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov, zərərçəkmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən MN ******* nömrəli, 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs X1 xeyrinə 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Şəxs tutularaq X3 ödənilməlidir. Qeyd edilən icra sənədi ərazid aidiyyatı üzrə Yasamal rayon İcra Şöbəsindən daxil olmuşdur. Hazırda borclu Şəxs icra sənədi üzrə 70292.6 ABŞ dolları və həmçinin 330 manat borcu yaranmışdır. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bununla da borclu icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ondan X1 xeyrinə 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Şəxs tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi üzrə ödənişlər etmək fikrindədir, sadəcə ona vaxt verilməsini istəmişdir. O, hal-hazırda işləyir və icra sənədi üzrə borcun əmək haqqından tutulmasını etiraz etməmişdir. Həmin borcu tez bir zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs X1 xeyrinə 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollaraltısent) ABŞ dolları məbləğindəpulvəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Şəxs tutularaq, X3 ödənilməlidir. Borclu həmin borcu qaytarmaqdan imtina etməmiş və qərəzli olaraq yayınmamışdır. Belə ki, o, hər dəfə zərərçəkmiş şəxsə təkliflər vermiş, lakin zərərçəkmiş şəxs razılaşmamışdır. Şəxs əmək müqaviləsi əsasında işlədiyindən həmin şəxsə daimi olaraq əmək haqqı ödənilir. Lakin icra şöbəsi həmin borcun tutulması üçün ona məxsus olan əmək haqqına tutulmalar yönəldilməsini təmin etməmişdir. Qeyd edilənlərə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X4 bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs onun xeyrinə 68300 (altmış səkkiz min üç yüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollaraltısent) ABŞ dolları məbləğindəpulvəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Şəxs tutularaq, ona ödənilməlidir. Borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, qərəzli şəkildə icra etməkdən imtina edir. Məhkəmədən icra məmuru tərəfindən qeyd edilmiş bütün halları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri olaraq həbs edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materialında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1470/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X1 xeyrinə 68300 (altmışsəkkizminüçyüz) ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1992,06 (min doqquz yüz doxsan iki dollaraltısent) ABŞ dolları məbləğindəpulvəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Şəxs tutularaq X3 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 mart 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1296/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1296/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver