Məhkəmə qərarları › İş №3(011)-1299/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1299/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1299/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hacıyeva Sülhanə Sərdar qızı, X1 X5 Xidməti tərəfindən 14 fevral 2023-cü il tarixdə qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Xidməti tərəfindən 14 fevral 2023-cü il tarixdə qəbul edilmiş TP ******* nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; İş materiallarından müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərar 14 fevral 2023-cü il tarixdə çıxarılmış, məhkəməyə isə 03 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Şikayətçi məhkəməyə müraciətində də, 14 fevral 2023-cü il tarixli qərarın ona rəsmi qaydada verildiyi tarixi göstərməmiş, bu barədə sənəd əlavə etməmiş, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərardan şikayətin vaxtında verilmədiyini, üzrlü səbəbdən buraxıldığı halda buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin olmadığını, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 130 və 132ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 X5 Xidməti tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti X2 geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar