Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1305/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Cəbrayıl rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış 02 aprel 2024-cü il tarixli “İnzibati xəta haqqında iş ürə icraatın başlanması haqqında” qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs – direktor X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Cəbrayıl şəhəri ərazisində tikinti fəaliyyətinin getdiyi ərazidə 26-28 dekabr 2023-cü il tarixlərdə fəhlə işləyən X3 həmin vəzifələrinin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək, həmçinin 2023-cü ilin iyul-avqust aylarında fəhlə işləyən X2, 2023-cü ilin dekabr ayının 1-dən tikinti üzrə usta işləyən X6 həmin vəzifələrinin icra edilməsi üçün onlarla bağlanmış əmək müqaviləsinin bildirişini elektron informasiya sisteminə gec, yəni 02 fevral 2024-cü il tarixdə daxil edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Qaytaran Məmişov, Seyidzəki Zəkiyevi fəhlə, Elmar Nəsibovu isə tikinti üzrə usta vəzifələrinin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin işçisi kimi 2023-cü ilin dekabr ayında portala daxil edildikdən sonra Cəbrayıl rayonunda fəhlə kimi işləmək üçün getmişdir. Getdiyi gün giriş təlimatı almışdır. Fəaliyyəti tikintidə təmizlik işlərinin görülməsindən ibarət olmuşdur. Orada olan zaman qəflətən özünü piss hiss etmiş və yıxılmışdır. Prokurorluqda verdiyi izahatında da bildirmişdir ki, "xxxx" MMC-də işləmək üçün ora getmişdir və Şəxs MMC ilə onun heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin işçisi kimi 2023-cü ilin sentyabr ayının ortalarında fəhlə kimi işə başlamış, 20 gün sonra hüquqi şəxslə aralarında əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Şəxs MMC-nin işçisi kimi 2023-cü ilin noyabr ayında təmizlik işlərinin görülməsinə cəlb edilmişdir, daha sonra 01 dekabr 2023-cü il tarixdə hüquqi şəxslə aralarında əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin işçisi olmamışdır, həmin şəxs izahatında da "xxxx" MMC-nin işçisi olduğunu, Şəxs MMC ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Digər şəxslər olan X2 və X8 Şəxs MMC-nin işçiləri olmuşdur, onlarla da hüquqi şəxs arasında əmək müqaviləsi bağlanmış, həmin müqavilələrin bildirişləri elektron informasiya sisteminə daxil edilmişdir. Odur ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror Şəbnəm Məmmədova qərarı müdafiə edərək X1 2023-cü ilin sentyabr ayında və X6 2023-cü ilin noyabr ayında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə Cəbrayıl rayonu Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.1980-ci il təvəllüdlü X3 iş vaxtı yıxılaraq xəsarət alması barədə Cəbrayıl rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. İş materiallarında olan 19 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Cəbrayıl rayonu ərazisində yıxılaraq “sağ çiynin travması” xəsarəti ilə Cərayıl Ailə Sağlamlıq Mərkəzinə daxil olması barədə Cəbrayıl RPŞ-dən məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CM-nin 39.1.1ci maddəsinə əsasən rədd edilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Qaytaran Məmişov, Seyidzəki Zəkiyev və Elmar Nəsibovun tikinti üzrə usta vəzifələrinin yerinə yetirilməsinə cəlb edildiyindən Şəxs MMC və Faik Sertin əməllərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması xüsusatına hüquqi qiymət verilməsi üçün Cəbrayıl rayon prokuroruna müraciət olunması qərara alınmışdır. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli, 06/2023 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, Şəxs MMC ilə X8 arasında 3 ay müddətinə müəyyən işlərin görülməsi məqsədilə müqavilə bağlanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı X3 Şəxs MMC tərəfindən işə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Lakin şahid ifadələrindən və iş materiallarından aydın olur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X2 2023-cü ilin sentyabr ayının ortalarından və X8 2023-cü ilin noyabr ayından Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Odur ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib tenbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1305/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1305/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver