Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1306/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evini kirayə müqaviləsi bağlamadan və vergi ödəyicisi kimi qeydiyyata alınmadan 2024-cü ilin fevral ayında X4 və X1 vermiş, bununla da Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirmə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evə kənd Əhmədli bələdiyyəsinin sənədi əsasında sahiblik edir. O, həmin evi müxtəlif şəxslərə şifahi razılaşma əsasında aylıq 100 manat müqabilində kirayəyə verdiyini, evin 1 otaqdan ibarət olduğunu, X3 tanıdığını, Günay Abbasovanın 2024-cü ilin fevral ayında qeyd olunan ünvanda yaşadığını, evi götürən zaman tələbə olduğunu bildirmişdir. Rəşad adlı şəxsin isə xalası oğlu olduğunu, arada gəlib-gedəcəyini demişdir. O, növbəli iş rejimində olduğundan Rəşad və Günayın hansı vaxtlarda evdə olmasından dəqiq məlumatlı olmamışdır. Pul vəsaitini Rəşad adlı şəxs anası Zərnişana ödəmişdir. O, həmin şəxslərlə kirayə müqaviləsi bağlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Prokurorluğuna qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, AR FHN-in 18 nömrəli hissəsində yanğınsöndüən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə Şəxsnın əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs öz ifadəsində də bildirdiyi kimi lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində gəlir əldə etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona əldə edilmiş 100 (yüz) manat gəlirin iki misli miqdarında - 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1306/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1306/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver