Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1310/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində “Seat İbiza minik” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə hərəkət edən zaman dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs kəskin spirtli içki qoxusu gəldiyi üçün patrul maşınına dəvət olunmuş, yoxlama zamanı məlum olmuşdur ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edir. Bu zaman Asimin dostlarından biri avtomobilin sükanı arxasına əyləşmiş və avtomobili hadisə yerindən qaçırtmış, avtomobili təhlükəli sürdüyü üçün təqibi dayandırıb sürücü Şəxs sərxoşluq vəziyyətini yoxlamaq üçün tibbi müayinədən keçmiş, daha sonra Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinə aparılmışdır. Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru polis kiçik serjantı Rüfət Kərimli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 23:50 radələrində “Seat İbiza minik” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə hərəkət edən zaman dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan kəskin spirtli içki qoxusu gəldiyi üçün patrul maşınına dəvət olunmuş, yoxlama zamanı məlum olmuşdur ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Bu zaman onun dostlarından biri avtomobilin sükanı arxasına əyləşmiş və avtomobili hadisə yerindən qaçırtmışdır. Onu sərxoşluq vəziyyətini yoxlamaq üçün tibbi müayinədən keçirilmiş, daha sonra Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinə aparılmışdır. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsidə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 mərkəzi informasiya sistemindən alınmış məlumata əsasən görünür ki, Şəxs BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan 2/12985 saylı, xx xxxxxx 2020-ci il tarixli, saat 00:18-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyətində olmuşdur. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Rauf Ağayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib olunmuş AZA 001595 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 00:45-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «21» avqust 2020-ci il tarixdən saat 00:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1310/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1310/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver