Məhkəmə qərarları › İş №3(011)-1312/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1312/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1312/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri DYPŞnin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYP-nin polis kapitanı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin inzibati xəta haqqında protokol əsasında da xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar rəsmi olaraq ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunan protokolda guya onun xüsusi karantin rejiminin qaydalarını pozaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətmiş olduğu qeyd edilmişdir. O, tərtib olunmuş protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına xüsusi karantin qaydalarını pozmadığına görə etiraz etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 11:02-də həyat yoldaşı şüa-diaqnostika həkimi X7 ilə mülkiyyətində olan “X12” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərinin Niyazi küçəsində hərəkətdə olduğu zaman, polis əməkdaşı tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunub-olunmamasının yoxlanılması məqsədi ilə saxlanılmış, bu zaman o və yanında sərnişin kimi əyləşən həyat yoldaşı işə getdiklərini və bu barədə müvafiq icazə vəsiqələrini YPX-nin inspektoru, polis sıravisi X6 təqdim etmiş, İ.İ.Hümbətov onlara nə üçün tibbi maska taxmadıqlarını soruşmuş və buna görə onlara cərimə tətbiq ediləcəyini bildirmiş, o isə həmin polis əməkdaşına şəxsi avtomobildə tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı rəsmi bir qərar olmadığını bildirsə də buna məhəl qoyulmamışdır. Hazırda o, “M-Dizayn” şirkətinin rəhbəri vəzifəsində çalışır və “Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarının 4.7.9-ci bəndinə əsasən, xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə onun çalışdığı dizayn xidmətlərinin fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Şikayətçi X4 şikayətinin hüquqi əsası kimi, Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına istinad etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq, Bakı şəhəri DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 xx.xx.2020-ci il tarixdə saat 11:02-də mülkiyyətində olan “X11” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərinin Niyazi küçəsində hərəkətdə olduğu zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarının pozulması əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 11:02-də mülkiyyətində olan “X11” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərinin Niyazi küçəsində hərəkətdə olduğu zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilməklə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir; “my.gov.az” portalından çıxarışdan görünür ki, X4 “M-Dizayn” şirkətinin direktoru olmaqla, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində hərəkət etməyə müvafiq icazəsi olmuşdur; “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X4 “M-Dizayn” şirkətinin direktoru olmaqla, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində hərəkət etməyə müvafiq icazəsi olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 84 nömrəli buraxılış vərəqindən görünür ki, X3 30 saylı şəhər poliklinikasında şüa-diaqnostika həkimi vəzifəsində çalışan X5 hər gün “X12” markalı, **- BZ-*** dövlət nömrə nişanlı avtomobillə işə gəlişini həyata keçirməsinə dair tibb müəssisəsi tərəfindən buraxılış vərəqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satış, pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 4.7-ci bəndinə əsasən məişət xidmətləri üzrə 4.7.9. dizayn xidmətləri üzrə Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən, 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 hallarda sosial metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. X4 “my.gov.az” portalından çıxarışa əsasən “M-Dizayn” şirkətinin direktoru vəzivəsində çalışmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli məlumatına istinadən xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə fəaliyyətin davam etdirilməsinə icazə verilmiş dizayn xidmətləri fəaliyyətini həyata keçirmiş, həmçinin onun işdə olmasının vacib olduğunun nəzərə alınaraq onun iş sahəsinə və ya evinə sərbəst hərəkəti üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazə verilmiş və həmin icazələr my.gov.az vəicaze.e-gov.az portalında qeydə alınmışdır. Şikayətçi, mülkiyyətində olan “X12” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsi nəticəsində tənbeh edilməsini qeyd etmiş, halbu ki, qərar qəbul etmiş orqan həmin dövrdə həmin qaydaların olması və inzibati məsuliyyətə səbəb olmasını inzibati tənbeh vermə haqqında qərarda əsaslandırmamışdır. Həmçinin, həmin dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən avtobus, taksi, metro, dəmiryolu və s. istifadə edilməsi qeyd edilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Həmçinin, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin Bakı şəhəri BPİ DYPİ-nə qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X13ytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar