Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1315/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 22 fevral 2024-cü il tarixli, 00100-00458/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, X7, ev 1, mənzil 115 ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2024-cü il tarixli, **********4366 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 6 (altı) gün sonra 17 yanvar 2024-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin xx.xx.2025-ci il tarixədək uzadılması üçün müraciət edilmişdir və həmin müraciət BBGİ-də 3-33-1100/1- 001381/2024 nömrə ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş müvəqqəti idxala (ixraca) nəzarət barədə çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********4366 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, tərəflərindən ixrac müddətin uzadılması üçün gecikmə ilə xx.xx.2024-cü il tarixdə müraciət olunmuşdur; hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair xx.xx.2024-cü il tarixli müraciət məktubundan görünür ki, **********4366 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək uzadılması xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 fevral 2024-cü il tarixli, 00100-00458/24 nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4366 sorğu gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına gecikmə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir; hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatında bildirmişdir ki, 19 yanvar 2023-cü il tarixdə **********4366 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3964.8 kq olan Metal Konstruksiya bazasında hazırlanmış Ofis tipli “Shipli" konteyner və 1 ədəd Konteynerə quraşdırılması üçün LG markalı split sistemli kondisioner yüklərini Bakı Baş Gömrük İdarəsində “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edərək “X2” (Limited Liability) şirkətinə göndərmişlər. Qeyd edilən yükləri müvəqqəti ixrac edərkən 1-ci dəfə malın geri qaytarılmasına öhdəlik götürərək 1 (bir) il müddətinə xx.xx.2024-cü il tarixədək müvəqqəti ixrac etmişlər. Daha sonra Şəxs MMC tərəfindən həmin müddətin xx.xx.2025-ci il tarixədək uzadılması üçün Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş və həmin müraciət Bakı Baş Gömrük İdarəsində 3-33- 1100/1-001381/2024 nömrə ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti aparılmış mallar barəsində öhdəlikdə qeyd olunan müddətin pozulmasının səbəbi nəzarət edən şirkətin işlərinin çox olması ilə əlaqədar diqqətlərindən yayındığı üçün həmin malların müddətinə nəzarət edilə bilməmişdir. Bununla belə malların müvəqqəti ixrac müddətinin pozulmasının hüquqpozma olduğunu etiraf edirlər və qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşımağa hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4366 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən malların ixrac müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsədə, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına gecikmə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1315/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1315/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver