Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1317/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 327.1-ci maddəni pozduğu halda 40 AZN tətbiq olunmalıdır, amma ona 80 AZN cərimə yazılmışdır. Yol patrul xidmətinin dediyinə görə Babək prospektində yolun kənarında əl ilə ona saxla əmri vermiş, amma o, görməmişdir və polis işçisinin heç bir sübutu yoxdur. Məhkəmə iclasında X1 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İzahatında o bildirmişdir ki, onu polis əməkdaşı saxlamamışdır və heç bir polis əməkdaşı ona avtomobili saxlamaq barədə əmr verməmişdir. Polis sonradan ona yaxınlaşaraq 327.1-ci maddəsi ilə protokol tərtib edəcəyini bildirmişdir. X2 327.3-cü maddəsi ilə onun barəsində protokol tərtib edildiyi barədə ümumiyyələ xəbəri olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Xətai rayon DYPŞ-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Xətai rayon DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Xətai rayon DYPŞ-nin polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx xxxxxx 2021-ci il tarixində saat 15:39-da idarə etdiyi “KİA CERATO minik” markalı **- SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X3 80 manat məbləğində cərimə tətbiq olunduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X5 ünvan 1 mənzil 65 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx xxxxxx 2021-ci il tarixində saat 15:39-da idarə etdiyi “KİA CERATO minik” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx xxxxxx 2021-ci il tarixində Xətai Rayon DYPŞ-nin polis mayoru X6 tərəfindən TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin işə baxılmasının müddəti və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilməmiş, işə baxılmasında onun iştirakı təmin edilməmiş, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Beləliklə, X2 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək hüququ pozulmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, izibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrində göstərilir ki, müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Xətai rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Dövlət Yol Polis Şöbəsinə göndərilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1317/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1317/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver