Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1318/2020 03.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Bakı şəhəri Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikasının pediattriya şöbəsində tibb baçısı vəzifəsində çalışan həyat yoldaşı X4 işə aparıb evə qayıdarkən xx.xx.2020-ci il tarixdə saat 07:50 radələrində polis əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə riayət olunubolunmaması məqsədi ilə saxlanılmış, yolxlama zamanı onun yaşayış yerini və olduğu yeri tərk etmək üçün müvafiq icazəsinin olmadığı müəyyən olunmuş və bu əsasla da barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Hazırda təyin edilmiş cəriməni ödəmək onun maddi imkanları xaricindədir. Qeyd olunanların və həyat yoldaşı X1 işçisinin olmasının nəzərə alınaraq şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Dövlət X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 07:50 radələrində İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində inzibati inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 528 nömrəli arayışından görünür ki, X5 21 nömrəli şəhər poliklinikasının pediatriya şöbəsində tibb bacısı vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını ilə 1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarında dəyişikliklər edilmiş və həmin dəyişikliyə əsasən 1.1. adından və 6.1-ci bəndindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılmış, 1.2. 1-ci hissədən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın və həmin hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilmiş, 1.3. 1.1.4-cü yarımbənd ləğv edilmiş, 1.4. 1.1.5-ci yarımbənddən “onlayn” sözü çıxarılış, 1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə “2 (iki) saat” sözləri “3 (üç) saat” sözləri ilə əvəz edilmişdir. Müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 07:50 radələrində polis əməkdaşı tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunub-olmaması məqsədi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olub-olmaması yoxlanılmış, həmin tarixdəyaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olmadığı müəyyən olunmuş, bu səbəbdən şikayətçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi, şikayətini yaşayış yerini və olduğu yeri tərk etməsinin səbəbi kimi onun 21 nömrəli şəhər poliklinikasının pediatriya şöbəsində tibb baçısı vəzifəsində çalışan həyat yoldaşı X4 işə aparmasını göstərmişdir. Məhkəmə, şikayətçinin həmin dəlilləri ilə razılaşmır və qeyd edir ki, onun həyat yoldaşı X2 tibb bacısı vəzifəsində işləməsi şikayətçinin məsuliyyətdən azad azad edə bilməz və bunun nəticəsi olaraq qəbul edilmiş qərar qanunsuz qiymətləndirilə bilməz. X6 inzibati xətanın törədildiyi zaman, yəni xx.xx.2020-ci il tarixdə saat 07:50 radələrində yaşayış yerini və olduğu yeri tərk etməsi üçün müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Şikayətçi yaşayış yerini və olduğu yeri tərk etməzdən əvvəl qaydalara uyğun olaraq mobil tətbiqi vasitəsilə müvafiq icazənin alınması məqsədi ilə 8103 nömrəsinə SMS məlumat göndərməli və yalnız elektron hökumət informasiya sistemindən müsbət cavab aldıqdan sonra yaşayış yerini və olduğu yeri tərk etməli idi. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X3 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Dövlət X9 tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhəri Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Dövlət X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1318/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1318/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver