Məhkəmə qərarları › İş №3(011)-1328/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1328/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1328/2020 04.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə ailəsini Qusar rayonuna yola salması ilə bağlı yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, elektron hökumət informasiya sistemindən gələn SMS cavab - məlumatda icazənin qüvvədə olduğu müddət göstərildiyindən yaşayış yerini və olduğu yeri göstərilən müddətə qədər tərk etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:27 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində post qurulduğundan tıxac yarandığını görmüş və post yoxlanışından keçməsi üçün növbəsini gözləmiş və tıxacın çoxluğu səbəbindən yoxlanış məntəqəsinə çatdıqda isə artıq icazə vaxtının bitdiyini aşkar etmişdir. İ Tağım YPX-nin inzpektoru, polis serjantı X2in əməkdaşına özününü deyil, ailəsini Quba rayonuna yola salmasını, buna dair yaşayış yerini və olduğu yeri tərk etməsi üçün müvafiq icazəsinin olmasını, icazənin vaxtının isə onun təqsiri deyil, yaranmış olan tıxacın olması və uzun vaxt həmin tıxacda qalması səbəbindən bitdiyini desə də, polis əməkdaşları tərəfindən buna məhəl qoyulmamış və barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla 200 manat cərimə edilmişdir. Göstərilənlərə əsasən İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, səlahiyyətli orqan tərəfindən X1 xx.xx.2020-ci il tarixdə saat 21:27-də Bakı-Quba yolunun 52-ci kilometrliyində onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2020ci il tarixdə saat 21:27-də Bakı-Quba yolunun 52-ci kilometrliyində olarkən İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarın 1.2-ci bəndində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyyəti qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, qərarın 1.2. 1-ci hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilmiş, 1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə “2 (iki) saat” sözləri “3 (üç) saat” sözləri ilə əvəz edilmişdir. Müəyyən edilmişdir ki, X5 xx.xx.2020-ci il tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, həmin gün elektron hökumət informasiya sistemindən gələn SMS cavab - məlumatda icazənin qüvvədə olduğu müddətə yaşayış yerini və olduğu yeri tərk etməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:27-də Bakı-Quba yolunun 52-ci kilometrliyində saxlanılmış və epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarının tələblərə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbinin pozduğu qeyd olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçi 200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qərarlara əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyyəti qüvvəsində saxlanılmış, yalnız yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəkləri nəzərdə tutulmuşdur. Şəxsin Bakı şəhərində qeydiyyatda olması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış üçün məhdudiyyəti aradan qaldırmamışdır. Şikayətçi protokol tərtib edilən zaman onun almış olduğu SMS icazənin müddətinin tıxacın çoxluğu səbəbindən yoxlanış məntəqəsinə çatdıqda bitdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, X4 yaşayış yerini və olduğu yeri tərk etmək üçünicazə verilmiş, özünün də etiraf etdiyi kimi inzibati xətanın törədildiyi zaman, yəni xx.xx.2020ci il tarixdə saat 21:27-də müvafiq icazəsi bitmiş, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Məhkəmə, tıxacın çoxluğu səbəbindən icazə vaxtının bitdiyi barədə şikayətçinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, şikayətçiyə icazənin qüvvədə olduğu müddətdə yaşayış yerini və olduğu yeri tərk etməyə icazə verilmiş, şikayətçi yolu, şətaiti və s nəzərə almaqla hərəkət etməli idi. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 İ Tağım YPX-nin inzpektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar