Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1335/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi Rəhmanlı Rəvan Rövşən oğlunun və qanuni nümayəndəsi X2 iştirakı ilə, yetkinlik yaşına çatmayan Rəhmanlı Rəvan Rövşən oğlunun və qanuni nümayəndəsi X2 Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Rəhmanlı Rəvan Rövşən oğlu və qanuni nümayəndəsi X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşadığı evə gedərkən R.Behbudov küçəsində marşrut avtobusunu dəyişib digər mrşrut avtobusuna keçmişdir. Açıq havada tibbi maskasını çıxarıb bir az tənəffüs edərkən polis əməkdaşları ona yaxınlaşaraq karantin qaydalarını pozduğunu bildirmiş, o, buna etiraz edərək heç bir qayda pozuntusuna yol vermədiyini bildirmiş, bu zaman polis əməkdaşı X1 ondan sənədlərini təqdim etməsini xahiş etmişdir. O, polis əməkdaşının tələbini yerinə yetirərk özünə məxsus şəxsiyyət vəsiqəsinin ona təqdim etmiş, lakin polis əməkdaşı tərəfindən onun sənədinə fikir verilmədən birbaşa barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, buna etiraz edərək 15 yaşının yenicə tamam olmasını bildirmiş, polis əməkdaşı isə ona tətbiq ediləcək cərimə məbləğinin valideyni tərəfindən ödənilməsini bildirmişdir. Bir müddət sonra isə yəni, xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu mənzilə inzibati tənbeh vermə haqqında qərar göndərilmiş, həmin qərara baxdığı zaman 200 manat cərimə olunduğunu öyrənmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X4 və Rəhmanlı Rəvan Rövşən oğlu şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, Seriya AZE 10324460 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəhmanlı Rəvan Rövşən oğlu xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri qarfasında atası Rövşən Rəhmanov, anası isə Rəna Rəhmanova göstərilmişdir; xx.xx.2005-ci il tarixli, AZ-İN 610999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhmanlı Rəvan Rövşən oğlu xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri qarfasında atası Rəhmanov Rövşən Rəsul oğlu, anası isə X4 göstərilmişdir; xx.xx.2017-ci il tarixli, Seriya AZE 16821100 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, səlahiyyətli orqan tərəfindən Rəhmanlı Rəvan Rövşən oğlunun xx.xx.2020-ci il tarixdə saat 10:28-də R.Behbudov küçəsində olarkən epidemiya əleyhinə rejimin, sanitargigyena və karantin rejimlərinin pozulması əsas gətirilməklə barəsində İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir; 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar; 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır; 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Müəyyən edilmişdir ki, Rəhmanlı Rəvan Rövşən oğlu xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən Rəhmanlı Rəvan Rövşən oğlunun 16 yaşı tamam olmamışdır. Məhkəmə, Rəhmanlı Rəvan Rövşən oğlunun 16 yaşının tamam olmamasını, İXM-nin 16.1ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır; Belə olan halda məhkəmə hesab edir ki, Rəhmanlı Rəvan Rövşən oğlunun 16 yaşının tamam olmamasını, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və və iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yetkinlik yaşına çatmayan Rəhmanlı Rəvan Rövşən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1335/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1335/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver