Məhkəmə qərarları › İş №3(011)-1336/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1336/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1336/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsi tərəfindən 11 mart 2022ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-ə məxsus Grand Supermarketdə keçirilən yanğın-texniki müayinə zamanı YTQ 01-2001 - bənd 10.1-10.4; 6,1-6.10; 5,1-5,6, YTQ 03-2002 - bənd 2.1-2.1.9-un tələblərinin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin inspektoru X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 mart 2022ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-ə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolun qanuni və əsaslı olmasını bildirərək Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən Şəxs MMC-ə məxsus obyektdə 10.03.2022-16.03.2022-ci il tarixlərində plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 mart 2022-ci il tarixdə KY221718062 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin rəisi daxili xidmət mayoru Mircavad Seyidov tərəfindən qəbul edilmiş 1670 nömrəli 10 mart 2022-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi ünvanında yerləşən Şəxs MMC-ə məxsus obyektdə 10.03.2022-16.03.2022-ci il tarixlərində plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 11 mart 2022-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı 1. obyektin normaya uyğun odsöndürən balonlarla tam təmin olunmaması, görünən yerlərdən 1,5 m hündürlükdən asılmaması (YTQ 01-2001 bənd 10.1-10.4); 2. anbar hissədə qida məhsullarının pərakəndə şəkildə yığılması, təxliyyə yollarının qarşısının tutulması (YTQ 03-2002 - bənd 2,1-2.1.9, YTQ 01-2001 bənd 5,1-5,6), 3. anbar hissənin elektrik naqilləri elektrik qurğularının quraşdırılma qaydalarına uyğun quraşdırılmaması (YTQ 01-2001 bənd 6,1-6.10) faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar