Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1337/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər X14 İdarəsinin 09.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək heç bir əsası olmadan tərtib edilmiş 09.03.2022-ci il tarixli İXP № ******* saylı protokol əsasında qəbul edilmiş 09.03.2022-ci il tarixli TP № ******* saylı qərarının ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin və tətbiq olunmuş balın silinməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 09.03.2022-ci il tarixində saat 12:44də Xətai rayonu ərazisində Neftçilər prospekti ilə Səfərəliyeva küçələrinin kəsişməsində, Bakı şəhəri DYPİ Müşayət Eskort bölüyü Yol Patrul Xidməti inspektoru polis sıravisi X5, idarə etdiyi **-HJ-*** nömrəli avtomobilini saxlayaraq İXM-nin 327.2-ci maddəsinə görə ona protokol yazmışdır. Onun iddiasına görə guya o, sağdan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. O, isə öz növbəsində heç bir nəqliyyat vasitəsinə mane olmadığına əmin olduqdan sonra X7 1-ci maddəsində göstərildiyi kimi yol verməyin tələblərinə uyğun hərəkəti davam etdirmişdir. Həmin maddənin 41-ci bəndinə görə Yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Qaydalardan da göründüyü kimi sağdan gələn nəqliyyat vasitəsinin qəflətən hərəkət trayektoriyası və sürətinin dəyişməsi müşahidə edilmirsə dönməni başa çatdırmaq qayda pozuntusu sayılmır. Qeyd edilməlidir ki, həmin avtomobil ilə onun avtomobilinin arasında kifayət qədər məsafə olduğundan ona maneə yaratmağı mümkün deyildi. YPX inspektoruna iradını bildirməyinə baxmayaraq ona protokol yazmışdır. Protokol yazılarkən ona sübutlar təqdim edilməmişdir. Növbəti gün 10.03.2022-ci il tarixində elektron kabinetdə hadisənin videogörüntüsü yerləşdirilmədiyindən elektron qaydada şikayət etmişdir. Belə ki, görüntü olarsa qayda pozmadığı bilinəcəkdir. Lakin şikayət etməyinə baxmayaraq ondan xəbərsiz protokol elə həmin gün qərarlı olmuşdur. Bununla bağlı ona əvvəlcədən heç bir bildiriş edilməmişdir. Halbu ki, İXM-nin 144.1-ci maddəsinə əsasən qərardan şikayət verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırmalı, işə onun iştrakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə mənə İXM-sinin 57ci maddəsində nəzərdə tutulmuş sifarişli poçt ilə göndərilməli idi. Hüquqlarının məhkəmə vasitəsi ilə bərpası və 10 gün müddəti ötürməmək üçün növbəti gün 11.03.2022-ci il tarixində Bakı Şəhər Baş X14 İdarəsindən qərarı almışdır. Qərarı verən şəxs ona heç bir sübut təqdim etməmişdir. Qərarı oxuyarkən məlum olmuşdur ki, protokolu tərtib edən X5 elə inzibati tənbeh haqqında qərarı da özü verib. Bu isə İXM-nin 596.1 maddəsinə ziddir. Belə ki, həmin maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Burada 124.3-cü maddə pozulub. Yəni belə olan halda vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib etməlidir. Lakin etiraz etdiyi təqdirdə polis əməkdaşı qərarı protokol ilə eyni gündə çıxarmışdır. Protokol ilə razılaşmadığını sübut edən hal elə protokola imza atmamağıdır. Belə olan halda polis əməkdaşı imza atmadığına görə protokola səbəbi qeyd etməli idi. İXM-nin 100.4-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin həmin protokolda heç bir qeyd yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi imzalamasa belə onun səbəbi istənilən halda protokola qeyd edilməli idi. Bu səbəbdən işinə xitam verilməsi ilə bərabər həmin əməkdaşın 124.3-cü maddəsinin tələblərini pozduğuna görə İXM-nin 596.1-ci maddəsinə əsasən cərimə də edilməlidir. İzahatların və onun imzasının olmamasını təsdiq edən protokolu sübut kimi işə əlavə edir. Qərar özlüyündə sübut sayılmır. Belə ki, İXM-sinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub - olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qərarda isə digər materiallara istinad qrafası boşdur. İstinadların olmamasını əks etdirən inzibati tənbeh vermə haqqında qərarın surətini sübut kimi işə əlavə etmişdir. Onun şikayətinin əsas səbəbi, haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, heç bir sübut olmadığı təqdirdə o, qanunvericiliyə zidd olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, protokola nəzər salındıqda izahat bölməsi boşdur, imzanın olmaması səbəbini polis əməkdaşı qeyd etməyib. Bu səbəbdən, protokolun və qərarın boş saxlanılması sübutların olmamasından xəbər verir. Beləliklə o, heç bir əsası olmadan tərtib edilmiş 09.03.2022-ci il tarixli İXP № ******* saylı protokol əsasında qəbul edilmiş 09.03.2022-ci il tarixli TP № ******* saylı qərarının ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin və tətbiq olunmuş balın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, Bakı Şəhər X14 İdarəsi tərəfindən qərar qəbul edilərkən, onun iştirakı araşdırma zamanı təmin edilməmiş, izahatı alınmamışdır və hadisənin videogörüntüləri ona təqdim edilməmişdir. Odur ki, o, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X14 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis sıravisi X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 09.03.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində protokol tərtib edilmişdir. Bakı Şəhər X14 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis sıravisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X4 09.03.2022-ci il tarixində saat 12:44-də Neftçilər səfərəliyeva küçəsində “Mercedes Benz C220 CDİ minik” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda M.Həsənovun yolayrıcını keçmə qaydalarını pozduğu göstərilmiş və o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən M.Həsənov nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X14 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis sıravisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09.03.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar əsasən X4 09.03.2022-ci il tarixində saat 12:44-də Neftçilər səfərəliyeva küçəsində “Mercedes Benz C220 CDİ minik” markalı, **-HJ-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X8 yolayrıcını keçmə qaydalarını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 09.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində 09.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı Şəhər X14 İdarəsinin 09.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər X14 İdarəsinin 09.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1337/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1337/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver