Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1338/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs «xxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən 08K7728/08K7729 nömrə nişanlı yük avtomaşını ilə Türkiyə Respublikasına göndərilmiş 10 ədəd “Tirak” markalı elektrik mühərrikli dolamaçarxlar, liftlərin quraşdırılması üçün dartıcı və qaldırıcı elektrikli vasitələr yükləri **********2990 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin yüklərin emal müddətinin bitməsinə baxmayaraq bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Buna görə də Şəxs MMC barəsində xx xxxxxxx 2020-ci il tarixli 00100-1765/20 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi X4 izahatında təqsirli olduqlarını etiraf edərək bildirmişdir ki, “xxxx” MMC tərəfindən yüklərin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanlarına vaxtında müraciət etməmələrinin səbəbi, şirkətin bu haqda məlumatı olmaması olmuşdur. X6 pandemiyanın sahibkarlara verdiyi zərəri nəzərə alaraq iş üzrə icraata xitam verilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2990 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların emal müddətinin son tarixi kimi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 150-803 nömrəli məktubdab görünür ki, Şəxs MMC avadanlıqların təmirinin qısa müddətdə başa çatacağı və qaldırıcı elektrik qurğularının Türkiyədən gətirilməsi üçün müddətin xx.xx.2020-ci il tarixədək uzadılması üçün Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. İş materiallarında olan **********6440 nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin mallar xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə geri qaytarılmışdır. İş materiallarında olan protokoldan məlum olur ki, «xxxx» MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu cəmiyyət tərəfindən liftlərin quraşdırılması üçün 10 ədəd “Tirak” markalı elektrik mühərrikli dolamaçarxlar yükləri təmir və istifadə müddətinin artırılması üçün Türkiyə Respublikasına aparılmaq məqsədilə **********2990 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal gömrük proseduru altında xx.xx.2020-ci il tarixədək yerləşdirilmişdir. Lakin müddət bitdiyi üçün ilk dəfə olduğu üçün müraciət etməli olduqlarını bilməmişlər. Bu barədə məlumatları olduğunda xx.xx.2020-ci il tarixdə pandemiya ilə əlaqədar yükləri geri qaytara bilməməkləri, həmin ölkədə təmir prosesinin ləngiməsi kimi halları nəzərə alınaraq xaricdə emal müddətinin uzadılması barədə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etmişlər. Pandemiya səbəbilə orada şirkətlərin fəaliyyəti olmadığından təmir müddəti gecikdirilmiş, bu səbəbdən də ölkəyə gətirmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3222 nömrəli ekspert rəyindən görünür ki, 10 ədəd “Tirak” markalı elektrik mühərrikli dolamaçarxlar, liftlərin quraşdırılması üçün dartıcı və qaldırıcı elektrikli vasitələrin ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 45700 manat təşkil edirdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3714/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, hüquqi şəxs «xxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-202/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3714/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs «xxxx» MMC avadanlıqların təmirinin qısa müddətdə başa çatacağı və qaldırıcı elektrik qurğularının Türkiyədən gətirilməsi üçün müddətin xx.xx.2020-ci il tarixədək uzadılması üçün Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir, lakin həmin müraciət, xx.xx.2020-ci il tarixdə, yəni malların geri qaytarılması üçün nəzərdə tutulmuş xx.xx.2020-ci il tarixdən sonra edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs «xxxx» MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs «xxxx» MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 45700 (qırx beş min yeddi yüz) manatın qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 45700 (qırx beş min yeddi yüz) manatın otuz faizi miqdarında, yəni 13710 (on üç min yeddi yüz on) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1338/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1338/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver