Məhkəmə qərarları › İş №3(011)-1339/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1339/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1339/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Şikayətçi “xxxx” BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi X8, X9 vəkili X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X15 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(011)- 2368/2020 saylı qərarına əsasən X1nun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2095/2020 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(011)-2368/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, o, “xxxx” BOKT QSC-nin baş direktorudur. Fəaliyyətləri dövründə heç bir dövlət orqanları ilə problemləri olmamışdır və hər hansı dövlət orqanı tərəfindən fəaliyyətləri ilə bağlı onlara iradlar tutulmamışdır. Lakin xx.xx.2020-ci il tarixli **********8 saylı məktubla DƏMX Bakı şəhər İdarəsindən cəmiyyətdə əmək müqaviləsi əsasında işləyən X2 7 (yeddi) iş günü ərzində əmək müqaviləsinin surəti, iş vaxtının uçotu cədvəli əmək haqqı cədvəli və ödənilməsini təsdiq edən sənədlər tələb edilmişdir. Tələb edilən sənədlər “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DƏMX-nin Bakı şəhər İdarəsinə cəmiyyətin hüquqşünası X16 tərəfindən çatdırılsada, izahat verməyə ehtiyac olmadığı bildirilmişdir. Əmək müfəttişliyi qərəzli mövqe tutaraq xx.xx.2020-ci il tarixdə daxil olan bu müraciətə 27 avqust tarixində qərar verməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarda göstərilən “xxxx” BOKT QSC-nin fəaliyyət göstərdiyi müddətdə aidiyyatı bütün dövlət orqanları və qurumları, o cümlədən X7 Bakı şəhər İdarəsi tərəfindən ona hər hansı iradlar olmamışdır. Lakin bütün bunlara baxmayaraq o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1400 manat məbləğində cərimə edilmişdir. Cəmiyyətin hüquqşünası X16 toplanan sənədlərlə tanış olmaq istəsədə, əmək müfəttişləri toplanan materialları ancaq məhkəmə sorğusundan sonra tanış olmağı bildirmişlər. Ancaq qərarın surətini rəsmi olaraq ala bilmişdir. Qərarla razı olmadığını dərhal bildirmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş normanın mahiyyəti ondan ibarətdir ki, işçinin əmək məzuniyyəti haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusunun yol verilməsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyırlar.lakin o, bu normanın dispozisiyasında nəzərdə tutulan hər hansı qanun pozuntusuna yol verməmişdir. Həmin qərarın qanuni olmasına dəlalət edən heç bir sübut növü mövcud deyil. Yəni istər protokol, istərsə qərar formal mülahizələr əsasında tərtib edilmişdir. Bu qərarın bilərəkdən və məqsədyönlü heç vaxt fəaliyyət göstərmədikləri ünvana göndərilməsi isə qərəzli mövqe nümayiş etdirməkdən başqa bir iş deyildir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “xxxx” BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi X16 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və qərarı tərtib etmiş orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1nun vəkili X17 çıxışında bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə X6 ilə əmək müqaviləsi bağlanılaraq işə qəbul edilmişdir. xx xxx 2020-ci il tarixdə bu xanım DƏMX-nə onu işdən çıxarmaq istəmələri barədə ərizə ilə müraciət etmişdir. x xxxx 2020-ci il tarixdə Mətanət Məmmədova ərizə ilə “xxxx” BOKT QSC-nin direktoru Rüfət Cəfərova müraciət edərək işlədiyi əlavə günlərinə və həmçinin istifadə etmədiyi məzuniyyətə görə ona ödənişin edilməsini tələb etmişdir. Daha sonra ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Beləliklə o, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 qərarın dəyişdirilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, “xxxx” BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsinin və X9 vəkili X10 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı protokoldan görünür ki, X3 işəgötürən tərəfindən əmək haqqının əmək qanunvericiliyinin tələblərinə uyğun ödənilməməsi əsas gətirilərək X9 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “xxxx” BOKT QSC-nin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1400 (min dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X2 “xxxx” BOKT QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməyi xahiş etmişdir. İş materiallarında olan “xxxx” BOKT QSC-nin xx.xx.2020-ci il tarixli 326 saylı Əmrinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən “xxxx” BOKT Qapalı Səhmdar Cəmiyyətinin kredit mütəxəssisi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, X2 hesabına xx.xx.2020-ci il tarixdə son haqq hesab kimi 761.91 manat ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, əmək hüquqlarının pozulması ilə bağlı vətəndaş X6 xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2020-ci ilə kimi “xxxx” BOKT QSC-də kredit mütəxəssisi vəzifəsində çalışmışdır. X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. X3 işəgötürən tərəfindən əmək haqqının əmək qanunvericiliyinin tələblərinə uyğun ödənilməməsi əsas gətirilərək “xxxx” BOKT QSC-nin direktoru X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixində MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 inzibati xətaya baxılmasına dair bildirişin ona rəsmi qaydada verilib-verilməməsi, onun həmin bildirişi alıb-almaması, hansı səbəbdən inzibati xəta haqqında işə baxılarkən iştirak etməməsi, bundan əlavə X6 tərəfindən təqdim edilən və inzibati xəta haqqında protokol qəbul edilməsi zamanı sübut kimi təqdim edilmiş iş vaxtlarının uçotunu əks etdirən sənədlərin qanunauyğun şəkildə əldə edilib-edilməməsi məsələsi aydınlaşdırılmamış, bu xüsusatla bağlı izahatı dinlənməmişdir. xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati binasında “xxxx” BOKT QSC-nin direktoru X9 barəsində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmış və həmin tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla “xxxx” BOKT QSC-nin direktoru X12 inzibati xətanın törədildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.400 (min dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X9 şikayəti qismən edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X9 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar