Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1345/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib olunmuş 18 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:41 radələrində “Tamstore” marketdən Rasim adlı şəxs hər birinin qiyməti 16.29 A2N olan 6 ədəd “Vestqold" kərə yağı, 20 AZN dəyərində sinikers konfeti, 3.29 AZN dəyərində şəkər tozu, 20 AZN dəyərində mars konfet, 2.29 Azn dəyərində 1 ədəd unu səbətə yığıb kassada pulunu ödəmədən gedərkən mühafizə əməkdaşları tərəfindən aşkar olunarkən həmin şəxs səbəti yerə qoyaraq getmişdir. Həmçinin həmin şəxs xx.xx.2024-cü il tarixdə marketdən 300 AZN dəyərində iki ədəd “CHİVAS REGAL” spirtli içki olan tekila, 72 AZN dəyərində 1 ədəd "Black Label" spirtli içki olan viski və 1 ədəd 105 Azn dəyərində spirtli içki olan arağı götürüb getmiş və pulunu ödəməmiş, nəticədə zərərçəkmiş şəxsə 477 manat dəyərində ziyan dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş 18 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 1 ünvanında yerləşən “Tamstore” marketdən ümumi dəyəri 477 manat olan ərzaq məhsullarının oğurlanması göstərilsə də, “Tamstore” mağazasının məxsus olduğu "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmamış, onun səlahiyyətli nümayəndəsinin iştirakı inzibati icraat aparılan zaman təmin edilməmiş və izahatı alınmamışdır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən “Tamstore” marketdə müşahidə kameralarının olub-olmaması araşdırılmamış, olduğu təqdirdə Şəxs xırda talama inzibati xətasını törətdiyi zaman qeydə alınmış videogörüntülər məhkəməyə təqdim olunmamış, həmçinin xırda talama inzibati xəta hadisəsinə şahid olmuş şəxslərin, habelə həmin marketdə çalışan mühafizəçilərin izahatları alınmamış və iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1345/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1345/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver