Məhkəmə qərarları › İş №3(011)-1354/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1354/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1354/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə X3 məxsus ünvan 2 mənzil 8 ünvanından 90 manat pulu talamışdır. Bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhərinin müxtəlif yerlərində dilənçiliklə məşğul olur və təxminən bir ay əvvəl dilənmək üçün Xətai rayonu Babək prospekti 8 saylı ünvanda yerləşən binaya gəlmişdir. Həmin binada 8 saylı mənzilin qapısının açıq olduğunu görüb dəhlizə daxil olmuş, rəfin üzərində içində dolu qəpik olan şüşə qabı oğurlayaraq oradan uzaqlaşmış və sonradan həmin şüşə qabda təxminən 90 manata yaxın pulun olduğunu görmüşdür. xx.xx.2020-ci il tarixdə o, yenidən həmin mənzilə gəlib qapını döymüş və evdə yaşayan şəxslərdən ona pul verməklərini istəmişdir. Onlar ona 0,40 (qırz qəpik) manat pul verdikdən sonra o, yuxarı mərtəbəyə qalxmış və həmin evdə yaşayan şəxs onun dalınca gəlib əvvəllər onun mənzildən oğurluq etdiyini söyləyərək DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında atası Rzayev Vahid işə getdiyi zaman qapının kilidi bağlanmadığı üçün qapı açıq qalmışdır. O, yataq otağında olarkən atasının qışqırdığını eşidib dəhlizə gəlmiş və orada oğurluq niyyəti ilə gələn şəxsin atası tərəfindən saxlanıldığını görmüşdür. Hadisə barədə dərhal 102 ximətinə məlumat vermişdir. Həmçinin E.V.Rzayev bundan əvvəl də həmin evə oğurluq etmək məqsədi ilə gəlmiş, lakin onu tutub saxlaya bilmədikləri üçün polisə bu barədə məlumat verə bilməmişlər. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və odur ki, A.Ababayevin barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin sahə rəisi, polis kapitanı X4 izahat verərək göstərdi ki, Şəxs ünvan 4 mənzil 8 ünvanda X3 məxsus mənzildən 90 manat pul oğurlamaqla xırda talama inzibati xətası törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPl-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Mahmud Quliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur; xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Şəxs xx.xx.2020-ci il tarixdə X3 məxsus ünvan 2 mənzil 8 ünvanından 90 manat pul oğurlamaqla xırda talama inzibati xətası törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş maddi zərəri ödənilmiş və onunla barışmışdır, ərərçəkmiş şəxs X5 A.Ababayevin barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar