Məhkəmə qərarları › İş №3(011)-1356/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1356/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1356/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonunun Qovlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 87 İnzibati bina ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdeə dostu Babazadə Elxan və Əliyev Vüsal ilə birlikdə H.Əliyev prospektində hərəkətdə olan zaman arxa tərəfdən gələn dövlət mühafizə xidmətinə məxsus avtomobili görməyərək yol vermədiyi üçün həmin maşında əyləşən şəxslə arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra dövlət yol polisi əməkdaşları onu Xətai rayonu M.Mehdizadə küçəsində saxlayaraq nəqliyyat vasitəsini duracağa, onu isə 37-ci PŞ-nə aparmışlar. Əməlindən peşmandır və bir daha bu hallara yol verməyəcəkdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, xidmət yoldaşları xx.xx.2020-ci il tarixdə ərazidə xidmətdə olarkən Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində yerləşən “Mediland” hospitalının qarşısında iki nəfər şəxsin özünü şübhəli apardıqları üçün onlara yaxınlaşmış, şəxsiyyəti təsdiq edən sənədlər tələb edilərkən onlar polisin qanuni tələblərinə əməl etməyərək müqavimət göstərmişlər. 37-ci PŞ-nə gətirilərkən orada həmin şəxslərin X6 və Şəxs olduqları məlum olmuş, bu səbəbdən həmin şəxslərin barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Xətai rayonu M.Mehdizadə küçəsində iki nəfər şəxsin özünü şübhəli apardıqları üçün onlara yaxınlaşmış, özünü təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədlər tələb edilərkən onlar onun qanuni tələblərinə əməl etməyərək müqavimət göstərmiş, polis bölməsinə getməmiş, şəxsiyyət vəsiqələrini təqdim etməmişlər. Bu barədə raportla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X2 xx xxxxxx 2020-ci il tarixli raporuntdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Xətai rayonu M.Mehdizadə küçəsində iki nəfər şəxsin özünü şübhəli apardıqları üçün onlara yaxınlaşmış, özünü təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədlər tələb edilərkən onlar onun qanuni tələblərinə əməl etməyərək müqavimət göstərmişlər. xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində polis əməkdaşlarının onu polis bölməsinə dəvəti və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 14:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdə saat 14:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar