Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1357/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, protokol tərtib edən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayonu 2 saylı X8 küçəsi ev 197 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)- 7533/2018 saylı icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişə əlavə edilməklə icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına və məhkəməyə göndərilmişdir. İcra sənədini könüllü icra etmədiyi üçün borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Borclu Şəxs hazırki tarixə 1038 (bir min otuz səkkiz) manat məbləğində aliment borcu yaranmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, əmlak vəziyyəti ilə bağlı müvafiq orqanlara sorğular edilmiş borclunun izahatı alınmışdır. Şəxs həmin 1038 (bir min otuz səkkiz) manat məbləğində aliment borcundan hal-hazırda 400 (dörd yüz) manat ödəniş etmiş, qalan məbləği isə birdəfəlik ödənilməsi maddi imkanlarının xaricində olduğundan hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 638 (altı yüz otuz səkkiz) manat aliment borcu mövcuddur. Məhkəmə iclasında zərarçəkmiş şəxs X3 izahatında qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-7533/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X5 üç yaşına çatanadək, yəni xx xxxxxx 2020-ci il tarixədək Şəxs hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Dəfələrlə onunla əlaqə saxlanılmasına baxmayaraq borclu tərəfindən aliment borcu üzrə öhdəlik vaxtlı-vaxtında icra edilməmiş və nəticədə onun 1038 (bir min otuz səkkiz) manat məbləğində aliment borcu yığılmışdır. Borclu Şəxs həmin aliment borcundan xx.xx.2020-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2020-ci il tarixdə isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat ödəniş etmişdir. Sonunda, borclu Şəxs tərəfindən həmin aliment borcundan ümumilikdə 400 (dörd yüz) manat ödəniş edildiyi üçün ondan heç bir şikayətinin olmadığını bildirərək, inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, həqiqətən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-7533/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment, həmçinin xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X5 üç yaşına çatanadək, yəni xx xxxxxx 2020-ci il tarixədək ondan hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. O, hazırda Gürcüstan Respublikasının vətəndaşıdır. Aliment borcunu davamlı olaraq ödəmiş, son dövrdə xüsusi karantin rejmi ilə bağlı ödənişləri edə bilməmişdir. Həmçinin, aliment borcunun vaxtlı-vaxtında ödənilməməsinin digər səbəbi Azərbaycan Respublikasının ərazisində ikamət (oturma) izninin alınması və bunun əsasında da çalışma izninin hələ verilməməsi olmuşdur ki, nəticədə onun 1038 (bir min otuz səkkiz) manat məbləğində aliment borcu yığılmışdır. O, həmin aliment borcundan xx.xx.2020-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2020-ci il tarixdə isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat olmaqla ödəniş etmiş, qalan 638 (altı yüz otuz səkkiz) manat aliment borcu ödənilməmiş qalmışdır. Hazırda həmin aliment borcunun ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür və vaxt verilərsə yaxın zamanda qalan aliment borcunu da ödəyəcəkdir. Sonunda aliment borcunu ödəməkdən qərəzli yayınmadığını, ödənişlər etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)- 7533/2018 saylı icra vərəqəsindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X5 üç yaşına çatanadək, yəni xx xxxxxx 2020-ci il tarixədək hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq tutularaq iddiaçı X2 ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)- 7533/2018 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərin surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-7533/2018 saylı icra vərəqəsinə əsasən tələbkar (inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs) X2 borclu (inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs) Şəxs tərəfindən mövcud aliment borcundan ümumilikdə 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir; zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etmiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, N.Z.Abdullayeva həmin ərizəsində, borclu Şəxs tərəfindən mövcud aliment borcundan ümumilikdə 400 (dörd yüz) manat ödəniş edildiyi üçün ondan heç bir şikayətinin olmadığını bildirərək, inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-7533/2018 saylı icra vərəqəsinə əsasən Şəxs tərəfindən mütamadi ödənişlər olmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat ödəniş edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1357/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1357/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver