Məhkəmə qərarları › İş №3(011)-1357/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1357/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1357/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 29 oktyabr 2021-ci il tarixdə «Vaz 21011» minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Babək prospektində hərəkətə başlayarkən, manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, «Nikan» minik markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə «Nikan» minik markalı avtomaşına maddi zərər vurmuşdur. Məhkəmə iclasında Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X2 izahat verərək göstərdi ki, “Chevrolet Cruze” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil Aytən Hüseynova məxsusdur. xx.xx.2022-ci il tarixdə Aytən xanım ön oturacaqda sərnişin qismində, sürücü isə Anaq Qarayev olmaqla “Chevrolet Cruze” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində idarə etdiyi zaman yolun sağ tərəfində piyada keçidində yolun sərəfində sağ tərəfə asta yerişlə bir kişinin anidən qarşısına keçmiş, bu zaman Anaq Qarayev saxlama əyləcini sıxmış, lakin bütün tədbirlərə baxmayaraq Samir adlı piyadadı vurmuş, daha sonra avtomaşını saxlayaraq Samir adlı şəxsi xəstəxanaya aparmışdır. Hadisənin baş verdiyi vaxt Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bununla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edərək, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 fevral 2022-ci il tarixdə sürücülük vəsiqəsi olmadan “Chevrolet Cruze” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində idarə etdiyi zaman Samir adlı şəxsi vurmuş və nəticədə piyada şəxs olan Samir dərhal xəstəxanaya aparılmışdır. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 15 mart 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2022-ci il tarixdə idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən, manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, piyadanı vurmuş və bununlada barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında “Elektron məhkəmə” portalından görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 170 nömrəli, 24 fevral 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın-təpə nahiyyəsinin əzilmiş yarası, sağ baldırın qançırı və döş qəfəsinin yumşaq toxumasının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar