Məhkəmə qərarları › İş №3(011)-1358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1358/2022

04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1358/2022 04.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X8 22.11.2021-ci il tarixdən 06.01.2022-ci il tarixədək Şəxs MMC-nin Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında fəaliyyət göstərərkən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı göstərilmiş və bununlada hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3 müvafiq işlərin yerinə yetirilməsi üçün işə cəlb edildiyindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 03 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin o, qeyd etmişdir ki, hüquqi şəxsin direktoru R.Soltanov tərəfindən X14 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 03.02.2022-ci il tarixli məktubunda X8 müraciətinin həqiqəti əks etdirməməsi, onun sözügedən müəssisədə heç bir vəzifə tutmaması göstərilmişdir. Lakin tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 17.03.2021-ci il tarixində Şəxs MMC-nin adına X22 istifadə olunan ********** 054,08727 nömrəli lift kartı verilmişdir. Həmin lift kartı bütün işçilərə verildiyi kimi X10 da verilmişdir və fakt onun həmin hüquqi şəxsin işçisi olduğunu bir daha təsdiq edir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişlər ki, Şəxs MMC 2020-ci ilin sonunda yaranmışdır və bu günədək çoxlu sayda işçilər işə qəbul olunmuş və işdən azad olmuşlar. Bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən rahatlıqla görmək mümkündür. Müəssisədə çalışan işçilərin əmək haqları və digər icbari ödənişləri vaxtlı- vaxtında tam həcmdə ödənilir. Hazırda müəssisədə 23 nəfər işçi çalışır. Cari ilin yanvar ayında müəssisəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsindən məktub daxil olmuşdur ki, X3 göndərdiyi müraciətə əsasən sözügedən vətəndaş Fərəcova J.Ə. onların müəssisəsində mühasib köməkçisi vəzifəsində işləmişdir və onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin hal tərəflərindən dərhal araşdırılmışdır və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə 03.02.2022ci il tarixdə cavab verilmişdir. Bir daha bildirilir ki, X3nın müraciət həqiqəti əks etdirmir. Belə ki, müəssisələrində hər hansı bir işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlətməsinə zərurət yaranmır. X3 şikayət ərizəsində göstərmişdir ki, o, güya insan resursları şöbəsində və baş mühasibin köməkçisi vəzifələrində işləmişdir. Bu hal da həqiqətə uyğun deyil ona görə ki, müəssisələrində nə baş mühasib, nə də ki, mühasib və ya mühasib köməkçisi vəzifəsi təsis edilməmişdir. Daha sonra tərəflərindən aparılmış araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, X3 22 dekabr 2021-ci il tarixdə onların müəssisələrinin satış ofisindən “Mİ X24 Essential - White, Yuyucu və Süpürgə“ seriya nömrəsi 27103/00528014, qiyməti 329 (üç yüz iyirmi doqquz manat)" almışdır. Bu minvalla həmin X3 bir dəfə onların “YENİ HƏYAT BİZNES” mərkəzində olan ofislərinə gəlmişdir. “YENİ HƏYAT BİZNES” mərkəzinə daxil olmaq üçün mütləq binanın birinci mərtəbəsində yerləşən qeydiyyat masasına yaxınlaşaraq hansı ofisə gəlməsinə dair fikir bildirməklə gəlinmiş ofisə məxsus giriş kartı əldə olunur. Çıxış zamanıda həmin kart qeydiyyat masasına geri təhvil verilir. Lakin, şikayətçi müəssisələrinə aid giriş kartını geri təhvil verməmişdir. Ehtimal olunur ki, həmin vətəndaş X1 şəxsi ədavəti vardır və ya müəssisənin adını səhv bildirir. Bütün bu dəlilləri dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə bildirsələr də onlar bu halları araşdırmadan əsassız olaraq 03.03.2022-ci il tarixdə MN ******* nömrəli İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun protokol tərtib etmişlər. Beləliklə, onlar hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, 22.11.2021-ci il tarixdə Şəxs MMC-də işə qəbul olunmuşdur, lakin onunla əmək müqaviləsi bağlanmamışdır, bunun səbəbi kimi isə onun bir həftə ərzində bacarıqlarının yoxlanılacağı göstərilmişdir. O, Şəxs MMC-də insan resursları üzrə mütəxəssis və mühasib köməkçisi vəzifəsində çalışacaqmış. Lakin 06.01.2022-ci il tarixdə iş vaxtı bitdikdən sonra müəssisə rəhbəri onunla çox kobud və sərt şəkildə danışmış, bundan sonra o, işdən azad olunmuşdur. Həmçinin o, qeyd etmişdir ki, 22 dekabr 2021-ci il tarixdə müəssisənin satış ofisindən 329 (üç yüz iyirmi doqquz) manat müqabilində “Mİ X24 Essential - White, Yuyucu və Süpürgə” almışdır, lakin müəssisəyə müvafiq giriş kartı ona həmin vaxt deyil, işə qəbul olunan zaman təqdim edilmişdir. Əlavə olaraq o, bildirmişdir ki, hər gün saat 09:00-dan 20:00-dək işdə olmuşdur və orada təchizatçı vəzifəsində çalışan X11 da onun Şəxs MMC-də işləməsini təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, uzun müddətdir ki, Şəxs MMC-də təchizatçı vəzifəsində çalışır, lakin 22 noyabr 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixədək sözügedən müəssisədə X15 adlı şəxsin çalışmasının şahidi olmamışdır həmin şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, 27.07.2021-ci il tarixdən Şəxs MMC-də telefon ustası vəzifəsinə qəbul edilmişdir, lakin bu müddət ərzində sözügedən müəssisədə X15 adlı şəxsin çalışmasının şahidi olmamışdır və həmin şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, 01.03.2021-ci il tarixdən Şəxs MMC-də direktor müavini vəzifəsində çalışır, lakin bu müddət ərzində sözügedən müəssisədə X15 adlı şəxsin işləməsinin şahidi olmamışdır və həmin şəxsi tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 22.11.2021-ci il tarixdən 06.01.2022-ci il tarixədək Şəxs MMC-nin Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında fəaliyyət göstərərkən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir; "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 21.02.2022-ci il tarixli məktubundan görünür ki, X22 istifadə olunan ********** 054,08727 nömrəli lift kartı 17.03.2021-ci il tarixində Şəxs MMC-nin adına verilmişdir; Şəxs MMC-nin direktoru X9 imzalanmış və möhürlə təsdiqlənmiş 01.12.2021, 01.01.2022, 01.02.2022 və 01.03.2022-ci il tarixli ştat cədvəllərindən görünür ki, Şəxs MMCdə 22 nəfər işçi vardır və həmin işçilər arasında X15 şəxs yoxdur; Şəxs MMC tərəfindən verilmiş 22.12.2021-ci il tarixli PH0008756 nömrəli malların satışı barədə çıxarışdan və "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, X15 tərəfindən 22.12.2021-ci il tarixdə 1 ədəd Mİ X24 Essential – White, Yuyucu və Süpürgə alınmış və 329 manat məbləğində ödəniş edilmişdir; "xxxx" MMC-nin 04 aprel 2022-ci il tarixli HM-M-220404 saylı məktubundan məlum ki, X23 yerləşən ofislərə müştərilərin və qonaqların gündəlik girişi, eyni zamanda çıxışı (tarix və saat) qeydiyyat şöbəsi tərəfindən qeydə alınır, qeydiyyat şöbəsinə yaxınlaşan müştəri və yaxud qonaq şəxsiyyəti təsdiq edən sənəd əsasında qeydiyyatdan keçdikdən sonra lift kartı ilə təmin olunur, müştərisi və yaxud qonağı yaxınlaşan şirkət məlumat tələb edən şirkətlər arasındadırsa, gələn müştəri resepşın tərəfindən şirkətlə təsdiqləndikdən sonra buraxılış vərəqəsi ilə (lift kartı ilə) təmin olunur, müştərilərin və yaxud qonaqların çıxışı qeydiyyat şöbəsində lift kartlarının geri alınması və tarix – saat qeyd olunması ilə yekunlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, X3 hüquqi şəxs Şəxs MMC-nin barəsində şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək qeyd etmişdir ki, 22.11.2021-ci il tarixdə Şəxs MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur, lakin onunla əmək müqaviləsi bağlanmamışdır, bunun səbəbi kimi isə onun bir həftə ərzində bacarıqlarının yoxlanılacağı göstərilmişdir. Lakin 06.01.2022-ci il tarixdə iş vaxtı bitdikdən sonra müəssisə rəhbəri onunla çox kobud və sərt şəkildə danışmış, bundan sonra o, işdən azad olunmuşdur. Həmçinin o, sözügedən müəssisədə çalışmağına sübut kimi bütün işçilərə verildiyi kimi ona da giriş lift kartının verildiyini qeyd etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin 22.11.2021-ci il tarixdən 06.01.2022-ci il tarixədək X12 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatla bağlı qeyd edir ki, X10 giriş lift kartının verilməsi onun Şəxs MMC-də mühasib vəzifəsində çalışmağına dəlalət etmir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 04 aprel 2022-ci il tarixli HM-M-220404 saylı məktubundan da məlum olur ki, X23 yerləşən ofislərə daxil olan müştərilər və qonaqlar qeydiyyat şöbəsində şəxsiyyəti təsdiq edən sənəd əsasında qeydiyyatdan keçdikdən sonra lift kartı ilə təmin olunurlar, həmçinin müştərilərin və yaxud qonaqların çıxışı qeydiyyat şöbəsində lift kartlarının geri alınması və tarix – saat qeyd olunması ilə yekunlaşır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 22.12.2021ci il tarixli malların satışı barədə çıxarışdan görünür ki, X15 həmin tarixdə sözügedən müəssisəyə alıcı kimi daxil olaraq 329 manat müqabilində 1 ədəd Mİ X24 Essential – White, Yuyucu və Süpürgə almışdır və binaya daxil olarkən ona müvafiq lift kartı verilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ”Hayat Management” MMC-nin 21 fevral 2022-ci il tarixli məktubundan görünür ki, X8 istifadəsində olan kart 17 mart 2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi həmin kartın verilmə tarixi də X8 şikayətində qeyd etdiyi 22 noyabr 2021-ci il tarixə uyğun gəlmir. Həmçinin həmin məktuba əlavə edilmiş sənədlərdə həmin kartın kişi cinsində olan şəxsə verildiyi qeyd edilmişdir. Həmçinina nəzərə alınmalıdır ki, X15 hüquqi şəxs Şəxs MMC-də mühasib vəzifəsində çalışdığını qeyd etsə də, məhkəməyə təqdim olunmuş ştat cədvəlindən məlum olur ki, Şəxs MMC-nin 22 işçisi vardır və həmin müəssisədə insan resursları mütəxəssisi və mühasib köməkçisi vəzifələri təsis olunmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, X15 məhkəmədə verdiyi izahatında onun Şəxs MMC-də çalışmasını X4 təsdiq edə biləcəyini qeyd etmişdir. Lakin məhkəmə iclasında izahatı alınmış Şəxs MMC-də təchizatçı vəzifəsində çalışan X11 bildirmişdir ki, X12 tanımır və həmin şəxs 22 noyabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək Şəxs MMC-də çalışmayıb. Həmçinin məhkəmə iclasında izahatları alınmış Şəxs MMC-də direktor müavini vəzifəsində çalışan X2 və Şəxs MMC-də telefon ustası vəzifəsində çalışan X7 da X12 tanımadıqlarını və onun 22 noyabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək Şəxs MMC-də çalışmadığını bildirmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 03 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar