Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1360/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinın hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X5, “Qəsr” restorarının meneceri vəzifəli şəxsi X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 233.1 və 234.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin tərkibində fəaliyyət göstərən ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranının manqal borusunda atraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Buna görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs MMC-nin tərkibində fəaliyyət göstərən ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranının manqal borusunda ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Buna görə də tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus Bakı şəhərində fəaliyyət göstərən bir neçə restoran, eləcə də ictimai iaşə obyektləri fəaliyyət göstərir. MMC-nin tərkibində olan restoranlar, ictimai iaşə obyektləri əmr formasında ayrı ayrı vəzifəli şəxslər tərəfinfən idarə olunur. MMC-nin tərkibində olan restoranlardan biri də ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranıdır. Həmin restoranın fəaliyyətinin təşkili, restoranın idarəedilməsi, işçilərin işə götürülməsi, restoranın vergi, dövlət orqanlarında təmsilçilik, eləcə də ekologiya normativlərinin təmin olunması məsələləri üzrə direktor kimi onun 01 sentyabr 2021-ci il tarixli əmri ilə X6 “Qəsr” restoranının cavadeh şəxsi təyin edilmişdir. Buna görə də həmin restoranın idarəetməsi, restoranın qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və ekologiya ilə bağlı bütün vəzifələr cavabdeh kimi X3 həvalə edilmişdir. Şəxs MMC-nin “Qəsr” restoranında baş vermiş inzibati xəta ilə heç bir cavabdehlik daşımadığını, ekologiya ilə bağlı restoranda olan konstruksiyanın təmizliyinə, işləkliyinə cavabdeh şəxs X6 olduğundan inibati xətaya görə məsuliyyəti də onun daşıdığını qeyd edərək direktoru olduğu hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “Qəsr” restorarının meneceri vəzifəli şəxsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus Bakı şəhərində fəaliyyət göstərən bir neçə restoran, eləcə də ictimai iaşə obyektləri fəaliyyət göstərir. MMC-nin tərkibində olan restoranlardan biri də ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranıdır. Həmin restoranın fəaliyyətinin təşkili, restoranın idarəedilməsi, işçilərin işə götürülməsi, restoranın vergi, dövlət orqanlarında təmsilçilik, eləcə də ekologiya normativlərinin təmin olunması məsələləri Şəxs MMC-nin direktoru X5 01 sentyabr 2021-ci il tarixli əmri ilə o, “Qəsr” restoranının cavadeh şəxsi təyin edilmişdir. Buna görə də həmin restoranın idarəetməsi, restoranın qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və ekologiya ilə bağlı bütün vəzifələr cavabdeh kimi ona həvalə edilmişdir. Daha sonra “Qəsr” restorarının vəzifəli şəxsi X6 işin mahiyyəti üzrə qeyd etmişdir ki, 2020-ci ildən koronavirus pandemiyasından sonra restoranın fəaliyyətə başlamış, fəaliyyət dövründə polis orqanları, vergi orqanları, səhiyyə orqanları, Qida təhlükəsizliyi agentliyi, ekologiya nazirliyi tərəfindən dəfələrlə əsassız olaraq vəzifəli şəxs kimi cərimələnmişdir. Həmin cərimələr ümumilikdə 20000 manata yaxındır. Restoran işlədiyi müddətdə qazancını yalnız həmin cərimələrə ödəyir, buna görə də vergi borcu ödənilməsinə belə imkan yaranmır. Hazırki iş üzrə bağlı restoranda təmir işləri görülmüş, eləcə də 30000 manata yaxın qiymətə manqal tüstüsünü təmizləyən qurğu alınaraq restoranda quraşdırılmış, həmin qurğunun vaxtaşırı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərindən birinə məxsus olan “Təmiz Baca” şirkəti tərəfindən hər ay təmizləndiyini qeyd etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları restoranda yoxlama aparmış və yoxlama zamanı manqalın bacasından çıxan zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmişdir.Bu barədə şəxsən izaatda yazmışdır. Restoranın ekologiya məslələri üzrə cavadeh şəxs özünün olduğunu, hadisə ilə bağlı Şəxs MMC-nin heç bir aidiyyatının olmadığını qeyd edərək qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli 0641 nömrəli monitorinq aktında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranında monitorinq keçirilmiş, nəticədə tüstüləyici qurğuya baxış keçirilmiş, qurğunun təmizlənməməsi aşkar olunmuş, müvafiq ölçmə cihazı ilə ölçmə-analiz işləri aparılmış və nəticədə CO qazının normadan artıq olması və həmin maddələrin ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Qəsr” restorarının meneceri vəzifəli şəxsi X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatadan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları restoranda yoxlama aparmış və yoxlama zamanı manqalın bacasından çıxan zərərli maddələrin miqdarının normadan artıq olmasını qeyd etmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru Rəşad Hüseynlinin 9 nömrəli 01 sentyabr 2021-ci il tarixli əmrindən görünür ki, “Qəsr” restorarına X1 və Təbii Sərvətlər Nazirliyi tərəfindən tələb olunan normativlərin təmin olunması üzrə cavabdeh şəxs təyin edilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun, restorana cavabdeh şəxsin, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin tərkibində fəaliyyət göstərən vəzifəli şəxs kimi “Qəsr” restorarının meneceri X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus Bakı şəhərində fəaliyyət göstərən bir neçə restoran, eləcə də ictimai iaşə obyektləri fəaliyyət göstərir. MMC-nin tərkibində olan restoranlar, ictimai iaşə obyektləri əmr formasında ayrı ayrı vəzifəli şəxslər tərəfinfən idarə olunur. MMC-nin tərkibində olan restoranlardan biri də ünvan 1 ünvanında yerləşən “Qəsr” restoranıdır. Həmin restoranın fəaliyyətinin təşkili, restoranın idarəedilməsi, işçilərin işə götürülməsi, restoranın vergi, dövlət orqanlarında təmsilçilik, eləcə də ekologiya normativlərinin təmin olunması məsələləri üzrə X6 “Qəsr” restoranının cavadeh şəxsi təyin edilmişdir. Buna görə də həmin restoranın idarəetməsi, restoranın qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və ekologiya ilə bağlı bütün vəzifələr cavabdeh kimi X3 həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinə əsasən fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Baş vermiş inzibati xətaya görə “Qəsr” restoranının cavadeh şəxsi X6 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməli idi. Belə ki, səlahiyyətli orqan tərəfindən protokol tərtib edilərkən “Qəsr” restoranında ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən tələb olunan normativlərin təmin olunması üzrə cavadeh şəxs kimi X6 olmuşdur. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və vəzifəli şəxs kimi barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Brilliance» MMC-nin vəzifəli şəxsi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinin sanksiyası çərçivəsində vəzifəli şəxs kimi tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 17, 18, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Brilliance» MMC-nin vəzifəli şəxsi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1360/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1360/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver