Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1362/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2 iştirakı ilə X2 Xətai Rayon Dövlət X5 12 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Dövlət X5 12 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Bunun nəticəsi olaraq, iş üzrə mühiim əhəmiyyət kəsb edən bütün faktiki hallar aparılmamışdır. Belə ki, 06 oktyabr 2021-ci il tarixində saat 17:10 radələrində avtomobili arxaya hərəkət edən zaman yolu sağdan sola keçən iki nəfər qadını maşının arxa hissəsi ilə bilmədən vurmuşdu. Dərhal maşından düşərək onlara su verdi və müayinə üçün xəstəxanaya aparmağı təklif etmişdi. Lakin onlara heç nə olmadığını dedilər və yollarını davam etmək məqsədi ilə yolun əks tərəfinə keçdilər. Mən yolu keçərək bir daha onlara hər ehtimala qarşı xəstəxanaya getməyi təklif etdi. Onlar özbaşına olmadıqlarını və tanımadıqları adamın maşınına minmək istəmədiklərini bildirdikdən sonra təklif etdi ki, “kimə inanırsızsa gedək onu götürək və birlikdə xəstəxanaya gedək”. Bunu deyib yolu keçərək maşına qayıtdı və yolun əks hissəsinə keçmək üçün qarşıdan təxminən 40-50 metrdən dövrə vurub onlar dayandıqları yerə qayıtdıqda, onlar artıq çıxıb getmişdilər. Onları axtarmaq məqsədi ilə maşından düşərək ətrafdakı dükanları və həyətləri gəzməyinə baxmayarq tapa bilmədi. Bir neçə gündən sonra qadınlardan biri müəyyən narahatlığla əlaqədar tibb müəssisəsinə müraciət etdikdən sonra, tibb müəssisəsi tərəfindən DİN-ə məlumat verilmişdir. Hadisəni olduğu kimi, işi aparan tədqiqatçıya danışdıqda o, qadınların da izahatda eyni ilə yazdıqlarına təsdiq etmişdir və hətta onları tapmaq məqsədi ilə həyətləri gəzdiklərini gördüklərini təsdiq etmişdilər və bundan ehtiyatlanaraq xəstəxanaya getmədiklərini bildirmişdilər. Lakin sonradan işlə tanış olduqdan sonra məlum oldu ki, qadınlar izahatlarında bildiriblər ki, o, polisə xəbər verməməyi xahiş etmişdi. Qəti surətdə belə şey deməmişdir, amma hadisə yerinə yığışan adamlar bu ifadəni işlətmişlər və ola bilsin ki, həmin anda qadın bu fikri kimin tərəfindən deyildiyinin fərqinə varmamışdı. Amma bir daha qeyd edir ki, xəstəxanaya getməməyinin əsas səbəbi onların dediyi kim "özbaşna olmadıqları” idi. 20 ildir sürücü işləyir, heç vaxt belə hadisə ilə rastlaşmamışdır, lakin bilir ki, hadisə yerini tərk etmək müəyyən hüquqi məsuliyyət yaradır. Hadisə vaxtı yuxarda göstərdiyi kimi, qadınlar ilk görünüşdə hər hansı bir ağır və ya yüngül xəsarət almış kimi görünmürdülər, özləri heç bir kənar kömək olmadan yollarını davam etmək üçün yolun digər hissəsinə keçmişlər, xəstəxanaya getməkdən qəti imtina etmişlər, onları tapmaq məqsədi ilə yaxınlıqdakı həyətləri, dükanları axtarmışdır. Bu səbəbdən özünü günahkar bilmir. Hadisəni DİN-ə bilərəkdən verməmək və ya gizlətmək kimi bir fikri olmayıb. Bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək qərardan şikayət vermə müddətinin bərpa edilərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai Rayon Dövlət X5 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Dövlət X5 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayon Dövlət X5 12 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli qərarı ilə İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrini əhatə edir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli qərarı ilə İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməsi nəzərə alınmamış, yenidən cərimə edillmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Xətai Rayon Dövlət X5 12 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Xətai Rayon Dövlət X5 12 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1362/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1362/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver