Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1364/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə (ərizəyə) baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, gömrük orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, ev 103-də yaşayan X2 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 02 oktyabr 2023-cü il tarixli 3-33/1-M-003748/7-10/2023 qevdiyyat nömrəsi ilə daxil olmuş 02 oktvabr 2023-cü il tarixli müraciəti ilə bağlı aparılan araşdırma zamanı sonuncunun 10 oktyabr 2023-cü il tarixdə verdiyi izahat əsasında müəyyən edilmişdir ki, Vüsal Mərdanov 27 sentyabr 2023-cü il tarixdə Əbu-Dabi-Bakı aviareysi ilə ölkə ərazisinə gətirdiyi 1 (bir) ədəd “İphone 15 Pro Max” markalı, 256 GB yaddaş tutumlu, **********50662/**********50547 İMEİ kodlu mobil telefonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının 1 nömrəli əlavəsinin 9-cu bəndinin tələbini pozaraq gömrük orqanına yazılı şəkildə bəyan etməmişdir. X1 gömrük orqanına bəyan etmədiyi “İphone 15 Pro Max 256GB” markalı mobil telefonun dəyərinin müəyyən olunması üçün Gömrük Dəyərləndirilməsi şöbəsinə müraciət olunmuş və cavabında həmin mobil telefonun dəyəri 2198.1 manat müəyyən olunmuşdur. Bununlada, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi - 1099.05 (min doxsan doqquz manat beş qəpik) manat miqdarda cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1364/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1364/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver