Məhkəmə qərarları › İş №3(011)-1366/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1366/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1366/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumatı göndərmiş, lakin elektron hökumət informasiya sistemindən SMS cavab gəlmədən yaşayış yerini və olduğu yeri tərk etmişdir. xx.xx.2020-ci il tarixdə saat 11:26-da M.Hadi küçəsində olduğu zaman poli əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl olunub-olunmaması məqsədi ilə saxlanılmış, yoxlama zamanı onun yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olmadığı müəyyən olunduğundan epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarına əməml edilmədiyi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında da 100 manat cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həqiqətən də o, yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, lakin elektron hökumət informasiya sistemindən SMS cavab gec gəlmişdir. Hazırda həmin cərimə məbləğini ödəmək imkanında deyil və odur ki, bu xüsusatların nəzərə alınaraq şikayəinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Dövlət X7 Yol patrul xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, səlahiyyətli orqan tərəfindən X1 xx.xx.2020-ci il tarixdə saat 11:26-da M.Hadi küçəsində olarkən onun epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai rayon Dövlət X7 polis polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 11:26-da M.Hadi küçəsində olarkən İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərmiş, lakin elektron hökumət informasiya sistemindən SMS cavab - gəlmədən yaşayış yerini və olduğu yeri tərk etmişdir. xx.xx.2020-ci il tarixdə saat 11:26-da M.Hadi küçəsində olduğu zaman yol patrul xidməti əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl olunub-olunmaması məqsədi ilə saxlanılmış, yoxlama zamanı onun yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olmadığı müəyyən olunduğundan epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimi qaydalarına əməl edilmədiyi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçi 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir Şikayətçi yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazənin alınması məqsədilə 8103 nömrəsinə SMS - məlumatı göndərdiyini, lakin elektron hökumət informasiya sistemindən SMS cavab inzibati xətanın törədilməsi vaxtından, yəni xx.xx.2020-ci il tarixdə saat 11:26-dan 10 dəqiqə sonra gəldiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, X3 yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 (üç) saatlıq icazənin verilməsi üçün 8103 nömrəsinə SMS göndərsə də, müvafiq cavab gəlmədən yaşayış yerini tərk etmiş, özünün də etiraf etdiyi kimi inzibati xətanın baş verdiyi xx.xx.2020-ci il tarixdə saat 11:26-da icazəsi olmamış, həmin icazə saxlanıldığı vaxtdan 10 dəqiqə sonra, yəni həmin tarixdə saat 11:36-da yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 (üç) saatlıq icazəsi verilmiş, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Məhkəmə, yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 (üç) saatlıq icazəsinin verilməsinə dair SMS cavabın inzibati xətanın baş verdiyi vaxtdan sonra gəlməsi barədə şikayətçinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, şikayətçi yalnız müvafiq icazənin qüvvədə olduğu müddətdə yaşayış yerini və olduğu yeri tərk etməli idi. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Xətai rayon Dövlət X8 tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Xətai rayon Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai rayon Dövlət X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar