Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1372/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin DYPŞnin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai DYPŞ Yol potrul xidməti polis inspektoru X4 xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında İXP-3728132 saylı protokoluna əsasən X2 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh haqqında TP- 4142033 saylı xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai DYPŞ Yol potrul xidmətinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh haqqında TP-4142033 saylı qərarı ona rəsmi qaydada xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və TP-4142033 saylı qərardan narazıdır və hesab edirə ki, həmin qərar məhkəmə tərəfindən ləğv edilməlidir. O, Bakı şəhəri Xətai rayonu G. Mehmmandarov küçəsində yerləşən 100 saylı evin 152 nömrəli yaşadığı mənzildən, hazırlıq dərsinə çıxıb getməsi üçün 8103 saylı xidmətə, ona aid olan 051 ***-**-** saylı nömrə ilə tərəfindən xx.xx.2021-ci il tarixdə, təxminən saat 13:10-da sms-lə müraciət olunmuşdur. Bundan sonra sms vasitəsi ilə ona 3 saatlıq yaşadığı ərazini tərk edilməsi üçün sms gecikməsi səbəbindən, icazəni almadan, evi tərk edərək sərnişin daşıyan avtobus nəqliyat vasitəsinə minib, hazırlıq dərsələrinə getmiş, sərnişin daşıyan avtobus vasitəsi ilə gedərkən, Bakı şəhəri Xətai DYPŞ Yol potrul xidmətinin əməkdaşları tərəfindən həmin avtobus nəqliyat vasitəsini saxlayıb vətandaşların sms xidməti vasitəsi ilə icazənin olub-olmamasını yoxlamışlar. Ona növbə çatdığda telefon vasitəsi ilə ərazini tərk edilməsi üçün icazəsinin olub-olmaması haqqında ona 8103 xidmət nömrəli vasitəsi ilə gəlməli oolan sms-i polis əməkdaşlarına təqdim edə bilməmiş, lakin polis əməkdaşlarına 8103 saylı xidmət nömrəsinə tərəfindən müraciət olunduğunu, sadəcə sms cavabın gecikdiyinə görə təqdim edə bilməməsini demiş, prokol tərtib edildiyi anada təxminən saat 13:35-də ona sms cavabı gəlmiş və bu barədə polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları tərəfindən qeyd olunan hal nəzərə alınmadan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında İXP-3728132 saylı protokolu tərtib etməklə, Xətalar Məcələsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində cərimə olunması barədə ona məlumat verilmiş, onlara öz etirazını bildirərək, ona tərtib olunan protokldan narazı olduğumu bildirmişdir. Tərəfindən inzibati xəta törədilməmiş, buna görə də öz hüquqlarının qorunması və şikayətinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X1 prospektində saat 13-35də İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xəta törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhər Xətai RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən, X3 xx.xx.2021-ci il tarixdə saat 13-35-də Gəncə prospektində nəqliyyat vasitəsini idarə edərkən onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozulması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilməklə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati xəta haqında protokolda və qərarda X3 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmasını göstərmiş, lakin məhz hansı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmasını göstərməməmişdir. Şikayətçi, inzibati xəta haqında protokol tərtib edilən zaman müvafiq icazəsinin olduğunu göstərmişdir. Həmçinin, şikayətçi inzibati xəta haqqında protokolla razılaşmadığını bildirmiş, buna baxmayaraq dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X5 barəsində Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1372/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1372/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver