Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1375/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, 27 may 2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən 17 mart 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, 27 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən, “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nömrəsi KL1CD2649BB046782 nömrəli avtomobil Şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılmalıdır. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Lakin borclu avtomaşının onda olmadığından icra sənədini icra edə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, 27 may 2019cu il tarixli icra vərəqəsinə əsasən, “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nömrəsi KL1CD2649BB046782 nömrəli avtomobil Şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılmalıdır. Lakin, qeyd edilmiş avtomaşın onda olmadığından icra sənədinin icra edilməsi qeyri mümkündür. Belə ki, o, “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2013-cü il tarixdə Zərərçəkmiş şəxs almış və 2013-cü il tarixində X1. Bu səbəbdən də “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşının Zərərçəkmiş şəxs qaytarılması qeyri mümkündür. Həmin avtomaşınla bağlı polis orqanlarına axtarışla müraciət etmək istəmiş, lakin onun həmin avtomaşına heç bir sahiblik və sərəncam hüququ olmadığından edə bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş olan etibarnamələr ləğv edilmişdir. Qeyd edilənlərə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, 27 may 2019-cu il tarixli icra vərəqəsindən göründüyü kimi, “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nömrəsi KL1CD2649BB046782 nömrəli avtomobil Şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Xətai rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş Borclunun əmlakının axtarılması haqqında 21 iyul 2021-ci il tarixli qərarından görünür ki, Şəxs məxsus olan “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nömrəsi KL1CD2649BB046782 nömrəli avtonəqliyyat vasitəsi barəsində axtarış elan olunmuşdur. İş materialında olan 18 noyabr 2021-ci il və 10 mart 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş və təsdiq edilmiş Aktdan görünür ki, icra sənədinin icrasının təmin etmək məqsədi ilə ünvan 1 ünvanın həyətinə baxış keçirilmiş, lakin həmin binanın həyətində mübahisəli olan “Chevrolet Captiva” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1375/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1375/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver