Məhkəmə qərarları › İş №3(011)-1385/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1385/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1385/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən baş inspektor polis kapitanı Fərid Cəfərovun və həmin orqanın nümayəndəsi Niyazi Abbasovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 00:35 radələrində «X1 Prado» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:35 radələrində polis əməkdaşları tərəfindən hərəkətdə olan zaman saxlanılmışdır. Həmin əməkdaşlar tərəfindən maşınına 3 dəfə baxış keçirildikdən sonra o, ayrı-ayrı yerlərə aparılmışdır. Həkim müayinəsi zamanı da o, içkili olmadığını bildirərək, müayinə aktının nəticəsi ilə razı olmadığını bildirmişdir. Həmin tarixdə içki məclisində olsada o, spirtli içki qəbul etmədiyini qeyd edərək, barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən baş inspektor polis kapitanı Fərid Cəfərov və həmin orqanın nümayəndəsi Niyazi Abbasov hər biri ayrıayrılıqda izahat verərək, inzibati xətanı törətmiş şəxsin barəsində inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişlər. Əlavə olaraq inzibati xəta haqqında protokolu tərtib edən baş inspektor polis kapitanı Fərid Cəfərov izahatında bildirmişdir ki, Şəxs xx xxxxxx 2021ci il tarixdə saat 00:35 radələrində «X1 Prado» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlamış və içkili olub-olmadığını soruşmuşdur. Həmin vaxt maşında alkotester aparatı olmadığı üçün onu başqa ekipajın olduğu yerə aparmışlar və özləridə onunla getmişlər. Daha sonra Şəxs alkotesterlə yoxlanışdan imtina etmişdir, buna görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Şəxs tərəflərindən həkim müayinəsinə aparılmışdır və həkim içkili olub-olmadığını soruşduqda spirtli içki qəbul etmədiyini bildirmişdir. Müayinədən sonra müəyyənləşdirilmişdir ki, Şəxs içkilidir. Yoxlanış zamanı o da Şəxsla eyni otaqda olmuş, yoxlanış nəticəsinin düzgün olduğunu qeyd etmişdir. Həmçinin Şəxs onlara əvvəllər polis orqanlarında işlədiyini bildirmiş, əvvəllər polis əməkdaşı olmağı ilə əlaqədar ona protokol yazılmamasını xahiş etmiş, lakin o buna etiraz etmiş, bu məsələ ilə razılaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 00:35 radələrində «X1 Prado» minik markalı **-ZO- *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx xxxxxx 2021-ci il tarixli 2/4003 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs saat 00:35 radələrində tibbi müayinədən keçmiş və müayinənin nəticəsində 0,42 promilli spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 00:35 radələrində «X1 Prado» minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün müayinədən keçmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar